Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
21-10-2019, 18:30
7 128

Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar

Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir.
gundelik-Baku.com xəbər verir ki, bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanavar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır:
"İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək.
Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır.
Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər. İdxaldakı artım bunlarla bağlıdır.
Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir”.
Qeyd edək ki, DGK-nin məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin anoloji dövrünə nisbətən 35.3 faiz çoxdur.

Oxşar xəbərlər

Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
“Facebook”da yenilik - Köhnə yazıları gizlətmək mümkün olacaq
TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
Hyundai-nin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək
Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?
BNA-nın taksi oyununun uğursuz mərhələsi - VİDEO
İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...
Taksi qiymətlərindən razısınız? - VİDEO
Azərbaycanda ən populyar avtomobillər hansılardır?
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO
Fəzail Ağamalı Türkiyədə soyuldu (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO