Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğuladı, eyni zamanda, bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd etdi.
Dövlətimizin başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırdı. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd etdi. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim etdi.
Sonra xatirə şəkilləri çəkdirildi.
Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edildi.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.
*** 11:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi - YENİLƏNİB
06
dekabr
12:32

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi
İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİB
Estoniyanın Parlament sədri Prezidentin qəbulunda - YENİLƏNİB
İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib
Prezident əlcəzairli naziri qəbul etdi
İlham Əliyev İqor Babuşkini qəbul etdi - YENİLƏNİB
İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etdi
Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib
Prezident Liviyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTO (YENİLƏNİB)
İlham Əliyev Aktam Xaitovu qəbul edib
Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Prezident Rusiya Baş nazirinin müavinini qəbul etdi
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev Putinə zəng etdi
İlham Əliyev Putinə zəng etdi
İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
Prezident Spiros Kapralosu qəbul edib
İlham Əliyev israilli naziri qəbul etdi - YENİLƏNİB
Prezident İƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTOLAR
İlham Əliyev İsrailin turizm nazirini qəbul etdi - YENİLƏNİB
Vatikanın yeni səfiri Prezidentin qəbulunda - FOTOLAR (YENİLƏNİB)
Prezident ÜST-ün baş direktorunu qəbul etdi - YENİLƏNİB
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü - FOTO (YENİLƏNİB)
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü
- Bu ölkədə son bir ildə 700 məhbus edam edildi
- "İnter"in ən yüksək maaş alan futbolçusu olacaq
- Hindistanda “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb - VİDEO
- "Azərbaycandakı ermənilərin qaytarılması üçün gündəlik iş aparılır" - Paşinyan
- Joze Mourinyo “Roma” ilə yeni müqavilə bağlamağa hazırlaşır
- "TikTok" bu videolara görə cərimələndi
- Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
- Prezident İlham Əliyev Sadır Japarova zəng edib
- Nepalda Rusiya ordusuna adam göndərən 10 nəfər saxlanıldı
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi