“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
27-10-2020, 00:30
109

“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist

“Hər il qış aylarında hava-damcı yolu ilə keçən infeksiyalarda artım müşahidə olunduğunu nəzərə alaraq, COVID-19-un da payız-qış mövsümündə daha da artacağını gözləyirdik”. 
 Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assenti, həkim-infeksionist Nilufər Məmmədova deyib. O bildirib ki, bu, həm mövsümi dəyişikliklərin orqanizmə təsiri, həm virusun soyuq havalarda yoluxduruculuğu üçün əlverişli şəraitin olması, həm də qapalı məkanlarda çox olmaqla əlaqəlidir: “Yay aylarında virusun tam yox olacağını gözlədiyimiz halda təəssüf ki, bunu müşahidə etmədik. Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsiz olduğumuz üçün ən yaxşı addım qorunma tədbirlərinə daha ciddi riayət etməkdir”. 
İnfeksionist vurğulayıb ki, insanlar əlləri tez-tez yumalı və ya dezinfeksiya etməli, sosial məsafəni gözləməli, maska taxmalıdır: "Vətəndaşlar maska ilə bağlı qaydalara düzgün riayət, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməli, kütləvi toplaşmalardan uzaq durmalı və xəstəliyin bir simptomu olsa belə, dərhal həkimə müraciət etməlidirlər”.
N. Məmmədova qeyd edib ki, son günlər insanlarımız əsgərlərə pay göndərirlər və bu, çox qürurverici haldır: “Pandemiyanın davam etdiyini xatırlatmaq borcumuzdur. Düşünürəm ki, xüsusən əsgərlərimiz  mövzusunda daha ehtiyatlı olmalıyıq. Belə ki, əsgərlərə aparılan yardımlar və yardımı çatdıranlar  virus daşıyıcısı olaraq onlar üçün təhlükəli ola bilər. Səbrli olaq, qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq!”. (APA)

Oxşar xəbərlər

"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
“Bizim özümüzdə də günah var, qaydalara riayət etmirik...”
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
“Koronavirus təhlükə olaraq qalır”
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur? - VİDEO
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
“Azərbaycanda yoluxma sayında artımı oktyabrda görə bilərik” — İnfeksionist
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
“Payızda sərt karantinə qayıtmalı olacağıq, aprelə qədər belə davam edəcək” - Həkimdən şok proqnoz
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
“Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Daha neçə il maska taxmalıyıq? – Açıqlama
Zirəddin Rzayev koronavirusda nələri dedi? - AÇIQLAMA
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər