Şəhid Milli Qəhrəmanın ukraynalı xanımı: - “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gələcəyik”
27-10-2020, 20:22
125

Şəhid Milli Qəhrəmanın ukraynalı xanımı: - “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gələcəyik”

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun anadan olmasından 68 il ötür.

1991-ci ildən Qarabağın azadlığı uğrunda mübarizəyə qatılan Rafael Əsədov Goranboy, Ağstafa, Qazax, Ağdam və s. istiqamətlərdə döyüşlərdə iştirak edib. Polkovnik rütbəsinə qədər yüksələn hərbçimiz 1992-ci il noyabrın 12-də Ağstafa istiqamətində şəhid olub. 1994-cü il sentybarın 16-da Prezidentin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Modern.az Milli Qəhrəmanın hazırda Ukraynada yaşayan həyat yoldaşı, 2 övladının anası Valentina Əsədovadan qsıa açıqlama alıb. Valentina Əsədova Ordumuzun uğurlu əks-hücum əməliyyatı ilə bağlı sevincini bölüşüb, həyat yoldaşı barədə xatirələrini danışıb.

“Həyat yoldaşımızla xatirələrimiz mənim üçün çox əzizdir, çox dəyərlidir. Həm də o günləri xatırlamaq çox ağırdır. Rafael ətrafına etibar etdiyi dostlarını toplayaraq dəstə yaratmışdı. O vaxt hərşey başqa idi.

Bu gün isə güclü Azərbaycan Ordusu var, Azərbaycan əsgəri Qarabağı azad edir. Buna çox şadam, hər gün əsgərlərə dua edirəm. İndi Rafaelin də ruhu məzarda rahat uyuyacaq. Çox qəribə idi, o, cəbhədə ən ağır vəziyyətlərdə belə sonda qalib gələcəyimizə inanırdı. Çox qürurluyam ki, azərbaycanlı ərim öz həyatını hər şeydən dəyərli bildiyi Vətəni üçün fəda edib. Onun apardığı iş uğurla davam etdirilir.

Yoldaşım barədə bir yazının müəllifi “bilirsiniz, sizin əriniz əsl artilleriyaçı idi”-deyə mənə söyləmişdi. Rafael Goranboyun müdafiəsi, Ağdam istiqamətində döyüşlərdə aktiv iştirak etmişdi.

Ümumiyyətlə isə, o, Qazax, Tovuz, Ağstafa, Gədəbəy bölgələrində vacib vəzifələrə sahib idi. O, strateji əməliyyatlar hazırlayırdı. Əsgərlərinə həmişə “oğlum”- deyə müraciət edirdi. O hamıya öz oğlu kimi baxırdı”.

Valentina Əsədova həyat yoldaşı ilə bağlı xatirələrini də bölüşüb. “Ərimin bütün şəxsi əşyalarını, hərbi formasını, xəritələrini və s. onun adını daşıyan orta məktəbə hədiyyə etmişdim. Rafael 2 ali hərbi məktəb bitirib. Çox istedadlı artilleriyaçı, peşəkar zabiti idi. General Şıxlinski mükafatına layiq görülmüşdü.

2016-cı ildə Rafaelin və daha bir hərbçinin Gəncədə xatirə günü keçirilirdi. Həmin mərasimdə Rafaelə açıq məktub oxunurdu. Bu an belə nüfuzlu həyat yoldaşımın olması üçün fəxr idi. Yadıma düşdükcə tüklərim biz-biz olur. Rafael həmişə bizimlədir. Hər gün axşam ukraynalı ekspert Yuri Podolyakın hərbi icmalına baxırıq. Mən, böyük qızım, 3 nəvəm (2 qız, 1 oğlan) axşam işdən sonra birlikdə yığışaraq Azərbaycan Ordusunun qələbə xəbərlərini izləyirik. Onun nəvələri də artıq böyüyüb və babaları ilə fəxr edirlər. Rafaelin müqəddəs işi uğurla davam edir. Bu bizi çox sevindirir.

Xüsusən, “Smerç” və s. müasir artrilleriya sistemlərini görəndə ürəyimdə Rafaelə müraciət edərək deyirəm ki, “Şükür Tanrıya, Rafael, sənin işin uğurla davam edir”.

Sonda Valentina Əsədova Azərbaycan, azad olunmuş torpaqlara gəlmək arzusunu ifadə edib.

“Bu il Rafaeli anmaq üçün Azərbaycana gəlmək istəyirdik. Koronavirusa görə gələ bilmədik. Amma çox istədim ki, gələn il Azərbaycana gəlim, Rafaelin də zamanında canından keçdiyi azad olunmuş Qarabağ torpaqlarında olum. Tanrım mənə həmin günü nəsib etsin. Mütləq nəvələrimlə Qarabağa gələcəm”.

Oxşar xəbərlər

Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb”
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO
Albaniyanın birinci xanımı saxlanıldı
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
Rafael Ağayevə yeni vəzifə verildi
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Oqtаy Əsədov plenar iclasa niyə qatılmır? - AÇIQLAMA
Xocavənd rayonunun işğalından 28 il ötür
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Paşinyanın həyat yoldaşı “COVID-19” üçün ayrılan pula silah alır? – "Hraparak" qəzeti
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Məşhur idmançılarımız karantin rejimində
Saakaşvilinin anası deputatlığa namizəd olacaq
Arvadını fahişəliyə məcbur edən taksi sürücüsü - Müştərilərə özü aparırmış
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
Məhv edilən daha 30 erməni hərbçisinin SİYAHISI
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Oqtay Əsədov iclaslara niyə gəlmir? - İntizam Komissiyası AÇIQLADI
Baş prokurordan Rafael Cəbrayılova bağlı AÇIQLAMA: "Araşdırmalara başlayacağıq"
Bu dəfə Elmar Məmmədyarovu parodiya etdilər - VİDEO
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
Mehriban Əliyeva üçün özəl gün
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO