Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək…
Böyük şairimiz Məhəmməd Hadi yana-yana yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində...
Bəli, millətimizin imzası yüz illər boyu imzalar içində olmadı. Hadinin bu misralarını bu gün əbəs yerə xatırlamadıq.
Bu gün Azərbaycanın dahi Rəhbəri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Bəli, Heydər Əliyev Hadi kimi nəhənglərin arzusunu yerinə yetirdi və Azərbaycanın imzasını qızıl hərflərlə imzalar sırasına yazdı. Heydər Əliyev həmişə Azərbaycanın ən ağır, ən dəhşətli günündə, az qala Azərbaycanın məhv olması məqamında özünü yetirib və xalqı xilas edib.
Gəlin tarixə qısa bir ekskurs edək. 1990-cı ilin Qanlı Yanvarında bütün ölkə matəm içərisində idi, heç kimin səsi heç hara çatmırdı, özümüz ağlayıb, özümüz susurduq. Belə bir məqamda səhhətində ciddi problem olan Heydər Əliyev həyatını riskə ataraq dünyanın mərkəzlərindən biri olan Moskvada möhtəşəm tədbir keçirərək dünyanın diqqətini Azərbaycana cəlb edir, Bakıda baş verən qanlı olaydan danışır.
Təsəvvür edirsiniz, M.S.Qorbaçov kimi ermənipərəst haqqında Moskvada ən ağır ifadələri işlədib, Heydər Əliyev.
Sözün qısası, 20 yanvar terroru ilə bağlı ilk dəfə Azərbaycanın səsini dünyaya çatdıran da Heydər Əliyev olub. Bəli, sonrakı dönəmdə ermənilərin Qarabağı işğal etməsi, 1 milyon qaçqın ordusu, ölkə iqtisadiyyatının çökməsi, aclıq, çörək növbələri və….
Azərbaycanda hakimiyyətdə olan AXC üzvlərinin yarıtmaz, səriştəsiz əməlləri nəticəsində ölkəmiz ayaqlar altına düşüb. Ölkədə silahlı qruplaşmalar, qarşıdurma, vətəndaş müharibəsi və daha nələr. Belə bir faciəvi məqamda Heydər Əliyev yenə xilaskar kimi gələrək Azərbaycanı ayağa qaldırır. Silahlı qruplaşmalar ləğv edilir, Vahid Ordu yaradılır, ölkədə stabillik bərqərar olur. İqtisadiyyat dirçəlməyə başlayır, Azərbaycanın talehində mühüm rol oynayan Əsrin sazişi imzalanır. Ölkə yavaş-yavaş nəfəs almağa, inkişafa başlayır. 1 milyon qaçqın və məcburi köçkün ordusu məskunlaşdırılır. Ölkədə parlament seçkiləri keçirilir.
Heydər Əliyev Avropa dövlətlərinə səfərləri zamanı Azərbaycanın xəritəsini hər yerdə nümayiş etdirərək, ermənilərin torpaqlarımızı işğal etdiyini sübut edir. Bəli, bir neçə ilin içərisində Ulu Öndər Azərbaycanı iflas həddində olan bir ölkədən inkişaf etmiş dövlətə çevirdi. Dünyanın bir çox ölkələrində səfirliyimiz açıldı.
Ulu Öndər qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasını qoydu. Onun “Bir millət, iki dövlət” sözləri bu gün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilinin əzbəridir.
Bəli, bu müttəfiqlik 44 günlük Qarabağ savaşında da özünü göstərdi. Və Azərbaycan öz torpaqlarını mənfur ermənilərdən azad edə bildi.
Heydər Əliyevi yaxından tanıyanlar bilir ki, şit təriflərdən xoşu gəlməzdi. Dəfələrlə ona akademik, Milli qəhrəman və s kimi titullar təklif etsələr də, Ulu Öndər anındaca məsələni qapamışdır. Heydər Əliyev bütün titullardan ucada dayanırdı. Amma buna baxmayaraq xalqın ona olan sevgisini hər zaman görürdü. Və belə bir sevginin nəticəsində sözləri Baba Vəziroğluna, bəstəsi bəstəkar Kamala məxsus olan məşhur mahnı yarandı. Sanki bu mahnının sözlərini də xalq yazıb, bəstəsini də. Bu gün bu məşhur mahnını təkcə məşhur sənətkarlar oxumur, məktəblərdə şagirdlər, hətta bağçalarda körpələr oxuyur. Yəni bu bir millətin öz rəhbərinə olan sevgisidir və millətin bağrından qopub gəlir. Və Ulu Öndərin Anım günündə yazdığımız bu yazını da məşhur mahnının sözləri ilə bitiririk:
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək Gözlərində açılır bu millətin səhəri, Sənin adınla bağlı bu xalqın hər zəfəri. Qədəmin dəyən yerdə səhralar da gül açır, Gülüstana çevrilir yurdun kəndi, şəhəri. Günəş doğur elə bil, harda çəkilir adın, Dosta fəxarət gəlir, gözü kor olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, Azadlığa inamı xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Dünənim, bu günümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək! Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək! Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, Sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, Sənə halaldır, halal ülvi məhəbbətimiz.
YENİEKİNCİ.AZ
Var millətimin imzası imzalar içində… - Heydər Əliyev Azərbaycanın imzasını dünyanın siyasi xəritəsinə yazdı…
12
dekabr
16:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Məşhur rəssam Heydər Əliyevin portretini çəkdi
"Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir" - İlham Əliyev
Birinci xanımdan Heydər Əliyevlə bağlı PAYLAŞIM
Gələn il Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər təşkil ediləcək
"Biz Heydər Əliyevin davamçılarıyıq" - İlham Əliyev
“Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb” - AÇIQLAMA
Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə Heydər Əliyevin fəaliyyətindən danışıldı
Səfir: "Türkiyə-Azərbaycan münasibətlərinin təməlini Heydər Əliyev qoyulub"
Prezidentlər Daşkənddə Heydər Əliyev Meydanının açılışını etdilər - FOTOLAR (YENİLƏNİB)
“Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı” - Türkiyə MN
DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR
Heydər Əliyev prosopektində ağır qəza: avtomobil aşdı - FOTO
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Belqradda Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət ETDİ
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
"Bunu xalqlarımız arasında dostluğun xatirəsinə ehtiram kimi dəyərləndiririk" - Prezident
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ DAŞKƏSƏNDƏ QEYD OLUNUB
Xəstəxanaya yerləşdirilmiş Əməkdar artistin vəziyyətindən xəbər var
Ümummilli Lider Heydər Əliyevin Anım günü Daşkəsəndə qeyd olunub
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı PAYLAŞIM - FOTO
Heydər Əliyev prospektində maşın aşdı - FOTOLAR
Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
Vilayət Eyvazov Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Heydər Əliyev adına Saraya direktor əvəzi təyin olundu
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO
Birinci vitse-prezidentdən Heydər Əliyevlə bağlı PAYLAŞIM
- Siyəzəndə narkotik satan 10 nəfər tutuldu
- Ötən ay 4 nəfər zəhərlənərək ölüb
- Çağla Şıkel kiminlə eşq yaşayır? - FOTOLAR
- "Döyüş meydanında qələbə olmalıdır" - Lavrov
- "Saakaşvilini təhvil verin" - Ukraynadan Gürcüstana ÇAĞIRIŞ
- Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
- Fransa da İstanbuldakı konsulluğunu bağladı
- "Ukrayna iqtisadiyyatının üçdə birini itirib" - Şmıxal
- Zəngəzur dəhlizi hamının faydasına olacaq - Hulusi Akar
- İranda qadınlarla bağlı yeni gülünc qərar
- İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
- Kamran Əliyev prokuroru işdən çıxardı
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Anasının öldüyü gün qızı dünyaya gəlib
- Herrinin konsertdə şalvarı cırıldı
- ABŞ bu tarixdə Çinlə müharibə edə bilər