Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
28-10-2020, 14:58
198

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu gün möhtəşəm zəfərlərlə şanlı tarix yazır. Doğma torpaqlarımızın işğaldan azad edildiyi barədə cənab Prezident tərəfindən elan edilən Qələbə xəbərləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz qürur, iftixar hissi yaradır.
Gündəlik Bakı xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki və Oğuz rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar. 
İki rayonda ümumilikdə 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev) təqdim edilib. Oğuzun Gənclik qəsəbəsində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov iştirak ediblər.
Görüşdə bildirilib ki, Ordumuzun bu haqq savaşında əldə etdiyi hər zəfər, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, düşmənə vurulan sarsıdıcı zərbələr Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu da sevindirir. Şəhidlərimizin qanı yerdə qalmır, onların qisası layiqincə alınır. Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi “Şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır”. 
Qeyd edilib ki, dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təmin olunması tədbirləri də uğurla davam edir.  2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Yeni fərdi evlərlə təmin olunan vətəndaşlar Azərbaycanı bütün istiqamətlərdə daim Qələbələrə doğru aparan və eyni zamanda, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı göstərən Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib, rəşadətli Azərbaycan əsgərinə yeni-yeni Qələbələr arzulayıblar. 

Oxşar xəbərlər

Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Neçə icra başçısının başı ağrıyacaq
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
Zəngilana Azərbaycan bayrağı sancıldı - VİDEO
“Siz möhtəşəm tarix yazırsınız” - Prezidentə yazırlar
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi