İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
28-10-2020, 15:15
202

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Bu barədə AZƏRTAC xəbər verib.

Məktubda deyilir:

“Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”.

Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Oxşar xəbərlər

İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
Prezident İlham Əliyev Emoməli Rəhmona təbrik ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik etdi
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib
Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
Putin Mehriban Əliyevanı təbrik etdi
Tramp: "Türkiyədən gözəl xəbərlər var"
İlham Əliyev Putinə başsağlığı verdi
Prezident Anatoli Torkunovu təbrik etdi
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Ərdoğanın bu hərəkəti gündəm oldu
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
“Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər” - Ərdoğan
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək
"Türkiyə bölgədə çox önəmli sabitləşdirici rol oynayır” - İlham Əliyev
Ərdoğan sərt və güclü bir liderdir
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"