“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat
28-10-2020, 15:45
144

“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 26-da Yunanıstanın paytaxtı Afinada Yunanıstan Xarici İşlər naziri Nikos Denidasla görüş keçirib. Lavrov görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin Türkiyə ilə bağlı verdiyi suallara cavab olaraq bildirib ki, Rusiya beynəlxalq problemlərin çözülməsində Türkiyə ilə əməkdaşlığı davam etdirəcək: “Bizim bəzi problemlərdə yanaşmalarımız üst-üstə düşmür, lakin biz Ankara ilə ortaq məxrəc tapırıq. Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var, lakin bu münasibətlər problemsiz deyil. Amma biz yaxşı nəticələrin əldə olunması üçün səylərimizi birləşdirir və kritik vəziyyətlərin normallaşması üçün zəruri olan şəraitin yaradılmasında köməkləşirik. Biz Türkiyə ilə əməkdaşlığımızı davam etdirəcəyik”.

Lavrovun bəyanatını AYNA-ya dəyərləndirən Milli Məclis üzvü, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib ki, Türkiyə təkcə regionda deyil, dünya miqyasında da böyük güc sahibidir: “Bunu cənab Prezident də dəfələrlə söyləyib. Buna görə də artıq böyük dövlətlər də Türkiyə ilə hesablaşmağa məcbur olur və bu, qardaş Türkiyənin nə qədər güclü olmasından xəbər verir. Sergey Lavrovun Yunanıstan səfərindən bir müddət əvvəl, Valday Diskussiya Klubunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyə haqqında söylədiyi fikirlər də bunun bariz nümunəsidir. Belə ki, Vladimir Putin qəti şəkildə bildirmişdi ki, Türkiyə ilə müttəfiq olmaq nəinki xoşdur, eyni zamanda etibarlıdır”.

“Sergey Lavrovun da Yunanıstan səfərində bunu qeyd eləməsi Rusiya Prezidentinin sözləri ilə üst-üstə düşür və buradan bir daha aydın olur ki, Türkiyə həqiqətən də dünyanın ən güclü dövlətlərindən biri olmaqla yanaşı, dünya miqyasında söz sahibinə çevrilmiş böyük bir gücdür. Təbii ki, qardaş Türkiyənin bu qədər güclü və qüdrətli olması, eyni zamanda Azərbaycanın da güclü və qüdrətli olması deməkdir”, - deputat bildirib.

Osmanov hesab edir ki, Rusiyanın Türkiyə ilə hesbalaşması Azərbaycana Vətən müharibəsinin gedişatında müsbət nəticələr qazandıracaq: “Çünki qardaş Türkiyə bu müharibə başlayan ilk dəqiqələrdən Azərbaycana olan münasibətini və mövqeyini bütün dünyaya nümayiş etdirib. Başda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, istər Xarici İşlər naziri, istər Müdafiə naziri, istər Türkiyənin digər dövlət rəsmiləri və Türkiyə xalqı Azərbaycanın mənafeyinin qorunması ilə bağlı mövqeyini bütün dünyaya bəyan edib və etməkdədir. Qardaş Türkiyənin Azərbaycanın Vətən müharibəsində göstərdiyi mənəvi dəstək böyük əlamətdir. Hətta, bəzi dövlətlər, beynəlxalq təşkilatlar bu dəstəkdən çox ciddi narahatlıq keçirir”.

“Lakin böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycana sülh çağırışları edən bəzi dövlətlər, əslində köhnə status-kvonu yenidən bərpa etmək niyyəti güdür. Çox təəssüf ki, bu dövlətlər sentyabrın 27-də, Vətən müharibəsinin başladığı ilk gündən terrorçu Ermənistan dövlətini silah-sursatla təmin etməyə başlayıb. Cənab Prezident bugünlərdə açıq şəkildə qeyd elədi ki, həmin ölkələr elə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir və məhz həmin ölkələrdən Ermənistana daha çox silah-sursat verilir və hansı yollarla, nə qədər hərbi texnika göndərildiyinə qədər bilirik. Təəssüf edirik ki, sülh danışqları və danşıqlar prosesini bərpa etmək istəyən dövlətlər, əslində bu obraz altında Ermənistana daha çox silah-sursat verir”, - müsahibimiz vurğulayıb.

Deputat əlavə edib ki, həmin ölkələr Ermənistanın silahlanmasına bilavasitə şərait yaradır: “Düzdür, bu ölkələr qeyd edirlər ki, guya, bu silahlar, hərbi texnika onların ölkələrindən Ermənistana qaçaqmalçılıq yolu ilə aparılır. Amma burada maraqlı bir məqam var. Hansısa xarici ölkəyə səfər zamanı çəkisi, təxminən 50 milli qramdan yuxarı olan məhsulları hava limanından rahatlıqla keçirmək qeyri-mümkündür. Lakin çəkisi və ölçüsü həmin 50 milli qramlıq məhsullardan dəfələrlə artıq olan silah-sursatı necə olur ki, hava limanlarından rahatlıqla keçirirlər? Həmin ölkələrin mühafizə xidmətləri, xüsusi kəşfiyyat orqanları, sərhəd qoşunları bunu görmür? Demək ki, həmin dövlətlərin müvafiq strukturları buna açıq-aşkar göz yumur, şərait yaradır və işğalçı dövləti qəsdən silahlandırmağa davam edir”.

Oxşar xəbərlər

Sergey Lavrov: “Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
Rusiyadan PKK və Əsədə - Şok çağırış
Sergey Lavrov 8 ildən sonra Suriyada
“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Söz verirəm: əgər Tiflis NATO-ya qəbul edilsə... - Lavrov
“Belarusdakı seçkilər ideal keçməyib” - Lavrov
Şoyqudan Türkiyə haqda ikibaşlı açıqlama: S-400...
Rəsmi Moskvadan Türkiyəyə çağırış
"Bu bazanı itirmək çox acınacaqlı olardı” - Lavrov
Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da...
Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi haraya qədər uzanacaq?
“Azərbaycan ərazilərində Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”
Rusiya və Türkiyə arasında mühüm müqavilə
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
Daşnaklar Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırdı
7 dövlət Türkiyəyə qarşı birləşdi
Putindən Paşinyana mesaj: Ermənistanın iddiaları yersizdir - GƏLİŞMƏ
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI
“Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək” - Hulusi Akar
Türkiyə ilə viza rejimi tam qalxa bilər
Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib
"233 erməni tankı bizdədir" - İlham Əliyev
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Sahibə Qafarovanın ilk diplomatik “uğuru”
Trampın təhdidinə Ankaradan CAVAB
“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı