"Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen dekabrın 17-də "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda deyib.
O bildirib ki, imzalanacaq sənəd Avropa İttifaqını (Aİ) Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq: "Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək”.