Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
29-10-2020, 09:29
236

Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

XİN-dən “Report”a verilən məlumata görə, nazir Ceyhun Bayramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bombalardan istifadə edilməsi ilə bağlı məlumatlandırıb.

Nazir Ermənistan silahlı qüvvələrinin 27 və 28 oktyabr tarixlərində Bərdə şəhərinə raket hücumları ilə mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirildiyini qeyd edib. O vurğuladı ki, bu Ermənistanın törətdiyi növbəti müharibə cinayətidir və bu cinayətə görə tam məsuliyyəti Ermənistan daşıyır.

Aİ-nin ali nümayəndəsi Jozef Borel mülki əhalinin atəşə tutulması ilə bağlı təəssüfünü ifadə etdi və mülki şəxslərin hədəf alınmasının yolverilməzliyini vurğulayıb. Eyni zamanda o, münaqişənin sülh yolu ilə həllini təmin etmək üçün tərəflər arasında dialoqun bərpa olunmasının vacibliyini qeyd edib.

Oxşar xəbərlər

“Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır” - Ceyhun Bayramov
Ceyhun Bayramov estoniyalı həmkarı ilə son vəziyyətdən danışdı
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə etdi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Azərbaycan XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına MÜNASİBƏT
Pakistandan Azərbaycana növbəti dəstək
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Hikmət Hacıyev
Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdılar
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var - RƏSMİ
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Nazir Ermənistanın təxribatı nəticəsində həlak olanların sayını AÇIQLADI
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Bərdə sakinləri düşmənin hücumlarından qorxmurlar
Ceyhun Bayramov Mnatsakanyanın cavabını verdi
“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Üş atəşkəs, üç terror...
Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Ermənilər mülki şəxsi yaraladı