Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
29-10-2020, 09:36
161

Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Bu virusdan dünyada gündəlik ölənlərin sayı da kifayət qədər çoxdur.

Daha dəqiq qeyd etsək, biz bu materialı hazırlayan zaman dünyada 44 milyon 325 min 170 nəfər koronavirusa yoluxub, 1 milyon 173 min 200 nəfər bu virusdan dünyasını dəyişib, 32 milyon 489 min 732 nəfər isə müalicə alaraq sağalıb.

Hazırda dünyada koronavirusa yoluxub, vəziyyətləri ağır olan xəstələrin sayı 80 min 169 nəfərdir. Bu isə ümumi xəstələrin cəmi 1 faizi edir.

Ağır xəstələrin faizlə göstəricisi əvvəlki aylarla müqayisədə aşağıdır. Lakin nəzərə alaq ki, əvvəlki aylarda günlük yoluxma indikindən xeyli aşağı idi (hətta 2 dəfə) ona görə də ümumi xəstələrin faizini çıxaranda, ağır olanların faizlə göstəricisi təxminən 4-5 faiz olurdu.

Hazırda dünyada gündəlik yoluxma 450 mindən çoxdur. Gündəlik ölüm sayı isə 7 mindən yuxarıdır. Son günlərdə ölüm sayında artım müşahidə edilir. Günlük yoluxma sayı isə bir qədər ( təxminən 50 min nəfər) azalıb.

Ümidlər noyabr ayınadır. Çünki vaksin sınaqları ilə məşğul olan əksər şirkətlər və ölkələr noyabr ayında peyvəndin satışa çıxarılacağı ilə bağlı proqnoz veriblər.

Lakin ekspertlər hesab edirlər ki, koronavirus bəlasını dünya hələ bu ilin sonuna qədər indiki kimi yaşamaqda davam edəcək. Səbəb isə odur ki, vaksin satışa çıxarılsa belə, bunun tətbiqi, alınması müəyyən zaman çəkəcək.

Azərbaycanda koronavirusa yoluxanların sayında son zamanlar artım müşahidə edilir. Son statistika daha qorxuncdur - ötən sutkada yeni yoluxanların sayı 988 nəfər olub! 340 nəfər sağalıb, 11 nəfər vəfat edib.

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumat yayıb Xalqqazeti.com

Musavat.com-un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Eyni zamanda ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunmuşdur. Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış dayandırılır.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

Rayonlara gediş-gəliş açılırmı? » AzadSəs

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Professor Adil Qeybulla bildirib ki, Azərbaycanda yoluxma sayının bu cür dəyişməsi müraciətlərdən asılıdır:

“Onu da deyim ki, hazırda da ölkədə koronavirusu gizli şəkildə keçirənlər az deyil. Yəni açıqlanan rəqəmlər tamamilə həqiqəti əks etdirmir. İnsanlar var ki, evdə müalicə alırlar. Özləri-özlərini müalicə etməyə cəhd göstərirlər. Bunun isə nəticəsi bir çox hallarda neqativ olur. Azərbaycanda hazırda bir neçə bölgəmizdə sərt karantin rejimi tətbiq edilib, giriş-çıxış qapadılıb. Vəziyyətdən asılı olaraq, Bakıda da karantin rejiminin sərtləşdirilməsini görə bilərik”.

Adil Qeybulla hesab edir ki, bu ilin sonuna qədər koronavirusa yoluxma tempi azalacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə söyləyib ki, hazırda ölkəmizdə 200-dən çox xəstə reanimasiya şöbəsində müalicə alır və onlardan 42 nəfəri süni tənəffüs aparatına qoşulub.

Azərbaycanda yenə də tibbi maska ilə bağlı fikirlər ziddiyyətlidir. Bir çox adamlar maska taxmaqdan imtina edir və hesab edirlər ki, tibbi maska xəstəlikdən qorumur. Bu barədə danışan Yaqut Qarayeva qeyd edib ki, maska xəstəlikdən qoruyur: “Özü də təkcə koronavirusdan yox. Təcrübə göstərir ki, koronavirusla mübarizə dönəmində kəskin respirator virus infeksiyalarına yoluxanların sayı azalıb. Başqa sözlə desək, maska taxılması təkcə koronavirusdan deyil, bütün respirator və tənəffüs yolu ilə yoluxa bilən xəstəliklərdən qoruyur. Bu yaxınlarda dərc olunan bir araşdırmada deyilir ki, maskanın taxılması peyvənd kimi sipər rolu oynayır. Onu da etiraf edək ki, maska taxılması tam şəkildə xəstəlikdən qorumur, müəyyən miqdar viruslar ondan keçə bilər, lakin həmin viruslar xəstəlik törətmək iqtidarında yox, az miqdarda olur və insanda bəlli bir immunitet yarada bilir. Yəni maska mütləq şəkildə taxılmalıdır. Onun vasitəsilə özümüzü, yaxınlarıımzı və ətrafımızda olanları qorumalıyıq”.
“Yeni Müsavat”

Oxşar xəbərlər

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
Dünən dünyada rekord sayda koronavirusa yoluxma qeydə alındı
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Dünyada koronavirusdan ölənlərin sayı 160 mini keçib
Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyonu ötüb
Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü
Dünyada COVID-19-a yoluxanlar sayı 22 milyona yaxınlaşdı
Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı açıqlandı
Dünyada koronavirusa yoluxanların sayı 32 milyonu keçdi
Hindistanda bir gündə koronavirusa rekord sayda yoluxma olub
Ermənistanda koronavirusa yoluxma pik həddə: bir gündə 34 nəfər öldü
Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub
Ukraynada son sutkada koronavirusdan ölənlərin sayında antirekord qeyd olunub
Koronavirusla bağlı SON STATİSTİKA
Koronavirusla yoluxanların sayı 1 milyonu ötdü
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
Rusiyada bir gündə 108 nəfər virusdan öldü