“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
29-10-2020, 09:49
128

“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert

"Ermənistanda siyasi rəhbərlik və hərbi komandanlıq arasında gərginlik döyüşlərin ilk günündən bəllidir".
Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
O bildirib ki, belə bir vəziyyətdə artıq Ermənistan ordusunda hər hansısa bir nizam - intizam və effektiv döyüş ruhunun olmayacağı məlum idi: "Düşmən ordusunda aşağı səviyyəli döyüş ruhunun olmasının bir neçə səbəbi var. Birincisi, artıq Ermənistanda erməni əhalisi məsələnin birdəfəlik həll olunmasını istəyir. Ona görə də hərbi xidmətdən qaçırlar. Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb. Əhali müharibənin ilk həftəsindən məğlubiyyəti dadmağa başladı. Ermənistan rəhbərliyi döyüşlərdə Azərbaycan Ordusunun uğurlarını nə qədər gizli saxlasa da, artıq hər şey əhaliyə məlum oldu. Bir həftədən sonra Qarabağdakı separatçılar ərazini tərk etməyə başladılar. Ermənistanda da bu ab-hava mövcuddur".
Ekspertin sözlərinə görə, Ermənistan xalqı artıq bilir ki, bu ərazilər Azərbaycanındır və Ordumuz bu əraziləri geri alacaq: "Ermənistanın ən tanınmış şəxsləri artıq bunu bilir və vəziyyətin gərgin olduğunu anlayır, hətta Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı çağırışlar edirlər. Ötən gün Ermənistan Müdafiə Nazirliyi də əraziləri itirdikləri ilə bağlı məlumatları açıqlayıb. Bununla bağlı xəritəni də təqdim ediblər. Azərbaycan Ordusu hər gün vacib strateji yüksəklikləri işğaldan azad edir. Ermənistan artıq bu məğlubiyyətlə barışmaq məcburiyyətindədir. Başqa çıxış yolları qalmayıb. Strateji, taktik, hərbi - siyasi psixoloji istiqamətlərdə belə Ermənistan dövləti artıq məğlub olub. Bunu etiraf etmək onlar üçün ən doğru yoldur. Azərbaycan Ordusunun bölgənin dərinliklərində düşmənə qarşı apardığı hərbi əməliyyatlar artıq Ermənistan ordusunun şəxsi heyətində psixoloji gərginlik yaradır. Ermənisatan artıq dərk edir ki, Azərbaycan Ordusunun qarşısında acizdir". (Trend)

Oxşar xəbərlər

"Azərbaycan 4 milyonluq ordu yığa bilər" - AÇIQLAMA
Ermənistanda kişilərin ölkəni tərk etməsi qadağan olundu
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Hərbi hissənin komandanlığı qaçdı, erməni hərbçilər özbaşına qaldı - VİDEO
Ermənistan ordusunun əsgəri fərarilik edib
"Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib" - MN
“Erməni əsgərləri çörək üçün Xankəndindəki mağazalara hücum edəcəklər“ - Hərbi ekspert
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
"Düşmən itkiləri asanlıqla gizlədir" - Vaqif Dərgahlı
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Azərbaycandakı F-16-lar haqda daha bir açıqlama
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
"Erməni hərbçilər arasında çaxnaşma var" - Suren Qriqoryan
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
“Pavel Qraçov nazir təyin olunduqdan sonra Ermənistan ciddi dəstək qazandı” - Rusiyalı hərbi ekspert
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Ermənistan parlamentindən ağlasığmaz qərar: Vətəndaşların əmlakı müsadirə olunacaq
“Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur” - Elçin Əmirbəyov
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
"233 erməni tankı bizdədir" - İlham Əliyev