Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb
29-10-2020, 11:03
125

Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb

İşğalçı Ermənistan silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirmişdir.
 Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır.
Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Oxşar xəbərlər

Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 yaralı var (Yenilənir)
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR
Bərdədə 19 nəfər ölüb, 60 şəxs yaralanıb
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
Üş atəşkəs, üç terror...
Xilasedicilər Gəncədə dağıntılar altında qalan 2 yaralını çıxardı
Ermənistanın hərbi cinayətləri Səudiyyə və Misir mətbuatında
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur
Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı
Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
BMT Bərdə şəhərinə edilən hücumu qınayıb
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Düşmən atəşi nəticəsində Ağdamda daha iki mülki şəxs yaralandı
Zakir Həsənovdan Gəncənin vurulmağına REAKSİYA
Avropa mətbuatı erməni təcavüzündən yazdı
“Euronews”un çəkiliş qrupunun atəşə tutulması söz və ifadə azadlığına yönəlmiş hücumdur
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
Ermənilər Tərtəri artilleriya atəşinə tutdu, evlər dağıldı
“Ermənistan vasitəçilərə hörmətsizlik göstərdi” - İlham Əliyev