Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
29-10-2020, 13:06
244

Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi

Oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Nüfuzlu “Sueddeutsche Zeitung” (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.
Qəzetin yazdığına görə, zərbə anında  alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər:
“Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artileriya atəşinə tutulurdu”.
“Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb.

Oxşar xəbərlər

Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Üş atəşkəs, üç terror...
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
Tonoyan Rusiyaya getdi
Ermənistanın Bərdəyə atdı, havada zərərsizləşdirildi
Ermənistan ordusunun polkovniki MƏHV EDİLDİ
Kəndlərimiz raket və artilleriya atəşinə tutulur
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
BMT Bərdə şəhərinə edilən hücumu qınayıb
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
Azərbaycan Şuşa və Xankəndini raket atəşinə tutmur
Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutuldu - VİDEO
Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Rəksanə Bərdədə öldürülən 7 yaşlı Aysunla bağlı paylaşım etdi
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutuldu
Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı
Ermənistan müdafiə naziri Qarabağa gəldi
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
Qazaxıstan səfiri Bərdəyə hücumu pisləyib
Düşmən daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Qondarma rejimin müdafiə naziri vuruldu, vəzifəsindən azad edildi
Nikol Paşinyanın “gizli silahı”...
Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI
Düşmən Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu - RƏSMİ