“BakuBuild 2019” sərgisi işə başladı
22-10-2019, 12:30
10 231

“BakuBuild 2019” sərgisi işə başladı

Bu gün Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində “BakuBuild 2019” sərgisi işə başlayıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 25-nə qədər davam edəcək sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edir.
Sərginin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edib. O, bildirib ki, sərgini hər il olduğu kimi bu il də İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçim və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstəkləyir.
Nazir müavininin sözlərinə görə, son illər Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edib, 2013-2018-ci illərdə ölkədə tikinti materiallarının istehsal həcmi 70%-dən çox artıb: “Azərbaycan yaxın vaxtlarda əksər tikinti materialları ilə özünü təmin edəcək. İndiyə qədər ölkədə 17 tikinti şirkəti investisiya təşviqi sənədi alıb”.
Qeyd edək ki, bu il “BakuBuild” sərgisi fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib.
Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi - “Caspian MebelExpo 2019”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi - “Securex Caspian 2019” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Nazir müavini: "Oktyabrın sonuna qədər "Yüksəliş proqramı"nın təqdimatı keçiriləcək"
Mikayıl Cabbarovdan yeni təyinat
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı
Fizika üzrə Nobel mükafatları təqdim olundu
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Bitkoindən rekord bahalaşma
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
Nazir Çinə səfər edəcək
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Tikinti şirkətinin rəhbərliyi İŞDƏN ÇIXARILIR
Sergey Şoyqu Azərbaycana gəldi
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib?
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək