Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
MM sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.
Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevi doğum günü münasibətilə alqışlayıblar.
Qeyd edək ki, dekabrın 24-də Prezident İlham Əliyevin 61 yaşı tamam olur.