Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
29-10-2020, 20:06
221

Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub

Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.
Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.
Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.
Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır: “Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək”.
Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

Oxşar xəbərlər

Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Qarabağdakı son vəziyyət müzakirə olundu
Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğanla görüşüb
İlham Əliyev Ərdoğana zəng etdi
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Pakistandan Azərbaycana növbəti dəstək
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
Sahibə Qafarovaya ağır itki
Spikerdən sərəncam – dörd şöbə birləşdirildi
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
“Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır” - Mustafa Şentop
Aqil Abbasın etirazına spikerdən dəstək
Mustafa Şentop Əli Əsədovla görüşdü - FOTO
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Ərdoğan İlham Əliyevə zəng etdi
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Milli Məclisdə iyul şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Türkiyə parlamentinin sədrindən Gəncə ilə bağlı AÇIQLAMA
Türkiyə Cümhuriyyəti 97 yaşında!
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
Parlamentdə Fəttah Heydərovun xatirəsi anılıb
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Milli Məclisdə yer DAVASI - Deputat cəzalandırıldı