Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
29-10-2020, 03:35
158

Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib

Ermənistan Qafqazda koronavirusdan ən çox əziyyət çəkən respublikadır. Bu günə kimi düşmən ölkədə COVİD-19-dan 1272 nəfər ölüb. Təkcə bu gün virus qurbanlarının sayı 29 nəfər təşkil edib.
Gündəlik Bakı xəbər verir ki, günlük yoluxma sayı sürətlə artır. Ermənistan Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, təkcə son 24 saatda 2 383 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda virusa yoluxanların sayı 85 034-ə yüksəlib. Qarşıdakı günlərdə bu rəqəmin 100 mini ötəcəyi istisna olunmur.
Ermənistanda koronavirus niyə sürətlə yayılır? Ermənistanın səhiyyə ocaqları COVİD-19-a yoluxmuş xəstələrin müalicəsini niyə təşkil edə bilmirlər?
Müşahidəçilər düşmən ölkədə acınacaqlı vəziyyətin yaranmasının səbəbini iki vacib amillə izah edirlər. İlkin səbəb kimi Ermənistanın səhiyyə sisteminin müasir dövrün tələblərinə cavab verməməsi göstərilir. Rüşvət və korrupsiyanın girdabında çabalayan düşmən ölkədə müasir tibbi avadınlıqla təchiz olunmuş xəstəxanaların sayının iki əlin barmaqlarından da az olduğu bildirilir. Xəstəxana sayının az olması, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün tələb olunan dərman preparatlarının çatışmaması ölüm sayının sürətlə artmasına səbəb olub.
İkinci və daha vacib faktor isə müharibədir. Ötən ayın 27-də növbəti dəfə təxribata əl atan düşmən ölkə əks hücum əməliyyatı ilə çökdürülüb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarıyla yanaşı, həm də minlərlə hərbçisini itirib. Yaralı erməni əsgər və zabitlərinin sayı hər gün artır. Erməni mənbələrinin yazdığına görə, təkcə paytaxt İrəvandakı xəstəxanalar deyil, hətta ucqar rayonlardakı səhiyyə ocaqları da yaralı erməni hərbçiləriylə doludur. Xəstəxanalarda pasiyent qəbul etməyə çarpayı olmadığı üçün COVİD-19-a yoluxmuş mülki vətəndaşlar taleyin ixtiyarına buraxılır. Həkim nəzarətində müalicə olunmayan xəstələr bir çox hallarda virusdan yaxa qurtara bilmədikləri kimi COVİD-19-un daha geniş yayılmasına rəvac vermiş olurlar.

Oxşar xəbərlər

Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb
Ermənistanda koronavirusdan 4 nəfər gəbərib
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 919-a çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 923-ə çatıb
Çexiyada rekord sayda yoluxma qeydə alındı
İranda son sutka ərzində koronavirusdan 176 nəfər ölüb
Rusiyada günlük yoluxma sayı artıb
Ermənistanda COVID-19-a yoluxanların sayı 44 953-ə çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 906-ə çatıb
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 800-ü keçdi
İranda son sutkada koronavirusdan 184 nəfər ölüb
İranda 365 nəfər COVID-19-dan öldü
Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə çatdı
Qonşu ölkədə daha 125 nəfər koronavirusdan öldü
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
İranda daha 110 nəfər koronavirusdan öldü
Qonşu ölkədə daha 133 nəfər koronavirusdan öldü
Ermənistanda koronavirusa yoluxma pik həddə: bir gündə 34 nəfər öldü
Fransada bir gündə 13 498 nəfər koronavirusa yoluxdu
Bir gündə 144 nəfər öldü
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 272 nəfərə çatıb
Litvada koronavirusa yoluxanların sayı 1128 nəfərə çatıb
Qonşu ölkədə daha 112 nəfər koronavirusdan öldü
Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötdü