“Şuşa həsrətimin bitməsinə sayılı günlər qalıb” – Firəngiz Mütəllimova
30-10-2020, 12:52
228

“Şuşa həsrətimin bitməsinə sayılı günlər qalıb” – Firəngiz Mütəllimova

"Şuşada doğulmuş biri kimi təsəvvür edə bilməzsiniz necə həyəcanlıyam. Evimizi, məhləmizi darmadağın ediblər. Bu yaxınlarda bizim küçənin fotosu yayıldı. Evimiz tarixi binalar olan bir yerdə idi. Baxıram, bütün işğal etdikləri yerlərimizi nə günə qoyublar, terror yuvasına, xarabalığa döndəriblər. Onlar bilirdilər ki, bir gün oralardan gedəcəklər, ona görə də dağıdıblar".
Gündəlik Bakı xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova bildirib. Aktrisa deyib ki, illərdir içində qubar bağlayan Şuşa həsrətinin bitməsinə sayılı günlər qalıb:
"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin, itkimiz az olsun. Heç bir dünya ölkələrinin yanında başıaşağı olmayaq. Qüdrətli, güclü biri kimi dayanaq. İllərdir Xocalı soyqırımında öldürülən körpələrin fotolarına göz yaşı ilə baxırıq. İndi də Gəncədə, Bərdədə öldürülən günahsız körpələri görəndə ürəyim parçalanır. Kimə nə pislik edirik, niyə dünya buna susur? Allah hamımıza səbr versin...
Şuşaya ilk girəcəyim an yaşayacağım hissi təsəvvürümə belə gətirə bilmirəm. Nələr yaşayacam... Ayağımı həmin torpağa basanda nə olacaq, bir Allah bilir. 1991-ci ildə Şuşada atamın 60 illik yubileyini keçirdik. Sonra bir daha ora gedə bilmədim, çünki düşmən başladı atmağa, yolları kəsdilər. Nigaran qalırdım, hər gün evə zəng edib valideynlərimin halını soruşurdum. Qarabağlılar bu hissləri çox yaşayıblar. Sonra başladılar əhalini oradan çıxarmağa. Şuşadan ən son atam çıxmışdı. Güclə avtobusa mindirib gətirmişdilər. Ondan əvvəl anam və bacılarım gəlmişdi. Atam gələndə anam soruşdu ki, soyuducunu "tok"dan çıxardın? "Yox" deyəndə, evdə bir dava düşdü ki... Atam dedi, səni başa sala bilmirəm, Şuşa artıq yoxdur".

Oxşar xəbərlər

Şuşa alınanda məşhurlar nə edəcək? - “Torpağı yalayacam...“
Separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edildi - Foto
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq
Rəksanə Bərdədə öldürülən 7 yaşlı Aysunla bağlı paylaşım etdi
“Artıq əsəblərimizlə oynayırlar” - Mənsum İbrahimov
Məleykə Əsədova məşhur şəklindən DANIŞDI
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
Övladlığa uşaq götürən məşhurlarımız
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
“O boyda müsibətdən sonra yaxşıdır ki, nəfəs alıram” – Zöhrə Abdulayeva - FOTO
Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert
“Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir” - Erməni separatçılarının ilk liderlərindən biri
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
“Hər an müharibə başalaya bilər”
“Sənət qalıb kənarda, Röya ilə Natavan saç üstündə dalaşır”
“Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdılar“ - Aygün Kazımova + Video
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
"Habil müəllim deyirdi ki, öləndə kamançanı Ədalətə verəcəm, amma Ədalət ondan qabaq öldü"
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
“Bundan sonra təqvimdə işğal günləri qeyd edilməyəcək” - deputat
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: "Qaça-qaça gedərik” - VİDEO
Xankəndi küçələri boş qalıb
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
“Bu qızların üzündən oğlanlar evlənmir“ - Xalq artisti
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist