Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
30-10-2020, 13:38
183

Şəhid ailələri və müharibə əlillərinə evlər verilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirlik tərəfindən bu dəfə Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Zərdabın Çallı kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə artıq bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən 22 fərdi ev (o cümlədən Zərdabda 7, İmişlidə 4, Kürdəmirdə 7, Göyçayda 4 ev) də daxil olmaqla, onlardan artıq 710 mənzil və fərdi ev artıq verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8298 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Oxşar xəbərlər

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü - VİDEO
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Daha 6 kənd işğaldan azad edildi - İlham Əliyevdən növbəti ŞAD XƏBƏR
Zəngilan şəhəri işğaldan azad edildi
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə paylaşım etdi
Bu kəndlər də işğaldan azad edildi -Prezident açıqladı
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO