Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
30-10-2020, 14:27
247

Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir. 
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Vasif  Ənvərlinin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, özünəməxsus bərbərxanaya gəlib orada müştəri qəbul etməsi və beləliklə həmin müştərilərin sağlamlığını təhlükəyə atması aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə V. Ənvərli yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bundan başqa Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da  koronavirus infeksiyasına yoluxan şəhər sakini Sadiq Abdullayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsini müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Oxşar xəbərlər

Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Şamaxı sakini həmyerlisini öldürüb
Gəncədə iki top mərmisi tapıldı
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
“07” ilə "avtoşluq" edən dostlar saxlanıldı - FOTO
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
“Krıtı Malış Gəncəli” saxlanıldı - FOTO
Qubada Covid-19 xəstəsi küçədə rahat gəzirmiş...
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Gəncədə karantin rejimini pozanlar cərimələnib
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Bakıda qadın narkotacir saxlanılıb
Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular
Bakı sakini döyülərək avtomobili əlindən alınıb
Qəbələyə istirahətə gələnlər cərimələndi
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Vilayət Eyvazov Balakişiyevi müstəntiq