26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
30-10-2020, 15:03
161

26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən  müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
 Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 29 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 365 ictimai iaşə obyektində 611 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

Oxşar xəbərlər

29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
42 obyektdə nöqsanlar aşkarlanıb
Restoran sahiblərinə xəbərdarlıq edilib
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Restoranlarda xidmət tam bərpa edilir
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Bakıda birgə reydlər keçirilir
Polis karantin qaydalarına nəzarəti gücləndirdi
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Maska taxmayan 9 nəfər cərimələndi
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu