ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
30-10-2020, 16:31
119

ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar

Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşulub.
 ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, eləcə də universitetin bir qrup müəllim və tələbə heyəti "ASAN xidmət" mərkəzində olub, ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərmizə məktublar ünvanlayıblar. Məktublarda düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunan səmimi ürək sözləri qeyd edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada iştirak edən ADNSU əsgərlərə maddi dəstəklə yanaşı mənəvi dəstək göstərilməsini də daim diqqətdə saxlayır.
Qeyd edək ki, bundan öncə ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50.000 manat vəsait köçürüb. Bundan əlavə, universitetin əməkdaşları da könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb və cəbhə bölgəsində əsgərlərlə görüşüb yardım aparıblar.
 




Oxşar xəbərlər

ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
BDU tələbələri "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayıb
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - Siyahı
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Rusiya muzdlu döyüşçülər göndərir: Hərəsinə ayda 1000 dollar
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - Video
Azərbaycandan Putin və Lavrova məktub
Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib
Tələbə adı qazanan JURNALİST ÖVLADLARI - FOTOLAR
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Düşmən alayının tabor komandiri məhv edildi - RƏSMİ
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Ordumuzun şəhidi Dmitri Solnsevlə vida mərasimi keçirildi
Pakistandan Azərbaycana növbəti dəstək
İş adamı orduya "Hummer" hədiyyə etdi (FOTOLAR)
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Ermənilər dünyanı özlərinə güldürmək üçün yeni yol tapdılar
Professora TƏBİB-də vəzifə verildi - Foto
İş adamı "Mercedes" hədiyyə etdiyi əsgərlə görüşdü - FOTO
“Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” - Ramiz Rövşən
Ağdərə, Xocavənd istiqamətində döyüş gedir: Düşmən ağır itki verdi
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
“Ermənini məhv etmək üçün barmaqlarımız qaşınır” - Azərbaycan əsgəri (VİDEO