AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
22-10-2019, 20:00
10 375

AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib

Oktyabrın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının  növbədənkənar iclası keçirilib. İclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib. 
Gundelik-Baki.com xəbər verir ki, iclası açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu sosial siyasətdən  danışıb,  davamlı olaraq həyata keçirilən bu siyasətin ölkəmizin inkişafında  prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə əsasən, Texniki Universitetin  əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayının 1-dən əməkhaqları ortalama 12 faiz artırılır. 
Professor V.Vəliyev qeyd edib ki, əməkhaqlarının artırılması "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarına uyğun olaraq gerçəkləşir. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb.
Gündəlikdə duran digər məsələ - “Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, Differensial Əməkhaqqı Sisteminin tətbiqi  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçiriləcək. Əməkhaqlarının differensasiyasında məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə sağlam rəqabət mühitini gücləndirməkdir. Beynəlxalq praktikanın və Azərbaycan universitetlərinin bu sahədəki təcrübələrinin öyrənilməsinin vacibliyini bildirən professor V.Vəliyev eyni zamanda vurğulayıb ki, AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir. 
Elmi Şura əməkhaqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Gündəlikdə duran bir çox məsələlər ətrafında iclasda müzakirələr aparılıb və rektor V.Vəliyev sənaye inqilabları fonunda elmi araşdırmaların vacibliyinə diqqəti yönəldərək bəyan edib ki, “tədqiqat universitetinə çevrilə bilməyən ali məktəblər inkişaf edə bilməyəcək”.

Oxşar xəbərlər

AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
Novruz Məmmədov nazirləri topladı
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Abşeronda müəllimlər günü qeyd edilib
ADU-da Konfutsi institutları günü qeyd olundu
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Nyu Yorkda mühüm iclas: Qarabağ müzakirəsi...
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Əli Abbasov işdən çıxarıldı
ATV-nin yayımı bir saatlıq dayandırıldı
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
Zakir Həsənov Moskvada səfərdədir
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Milli Televiziya və Radio Şurası son qərarları ilə bağlı açıqlama yayıb
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
MTRŞ AZTV ilə bağlı məhkəməyə müraciət etdi
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN