Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
31-10-2020, 10:08
227

Gəncə təhsilində nələr baş verir? - İTTİHAM

Koronavirus pandemiyası ilə bağlı ölkədə orta təhsil məktəblərində dərslərin dayandırılması bəzi rayon təhsil şöbələrinin rəhbərləri üçün fürsət yaradıb. Aktualxeber.az-a daxil olan məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə pul yığma kampaniyasına start verib. Bildirilir ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb edilir. Səbəb kimi də, onlardan online dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir. Bununla da hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir. Görünür ki, sabiq təhsil şöbəsinin müdiri Zakir Hüseynov istefa versə də onun xələfi “ənənələri” yetərincə yaşadır.

Pandemiya dövründə bəzi məktəb direktorlarının əlləri xüsusilə açılıb. Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktoru Nizami Rzayev xüsusilə fərqlənib. İlk əvvəl ibtidai siniflərə qəbul xeyli qazanc gətirib. Nizami Rzayevin əlaltısı, pulyığanı Rəna adlı bir müəllimə ibtidai sinif şagirdlərinin valideynlərilə şəxsən özü təklikdə qəbul edərək və görüşərək 50 manat pul yığıb və yığılan vəsait direktora çatdırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi onlayn dərslərə qoşulmayan müəllimlərdən də haqq istənilib.

Üstəlik bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbində 180 nəfərlik müəlliminin və təqribən 100-dən çox texniki işçisinin arasında isə xeyli sayda “ölü canlı”nın olduğu ortaya çıxıb. Faktiki olaraq, belə bir böyük məktəbdə 10-12 texniki işçi var. Belə çıxır ki, digərlərinin adları var, özləri isə yoxdur. Hətta belə bir iddia da var ki, N.Rzayev hər ay onların maaşını alaraq cibinə qoyur. Gəncə şəhərində fəaliyyət göstərən Mir Calal Paşayev adına 39 saylı orta məktəbin bir qrup müəllimi və valideynləri sözügedən təhsil müəssisəsinin direktoru Nizami Rzayevin qanunsuz əməlləri ilə bağlı təhsil naziri Emin Əmrullayevə müraciət ediblər.

Bununla yanaşı, valideynlər qeyd ediblər ki, rüşvətsiz və korrupsiyasız idarəçilikdən dəm vuran Mir Calal Paşayev adına 39 saylı orta məktəbin direktoru elə də kasıb deyilmiş. Sual oluna bilər ki, bu məktəb direktorunun aylıq əmək haqqı nə qədərdir ki, o, bu qədər var-dövləti əldə etməyə nail olub? Nəzərə alsaq ki, Nizami Rzayev rəhbərlik etdiyi 39 saylı məktəbin ibtidai sinif şagirdlərinin hər birindən 100 manat, bundan əlavə məktəbdə süpürgə, pərdə və s. adlar adı altında “haqq-hesab” yığdırır, o halda onun bahalı villaya, bahalı avtomobillərə sahib olmasına təbii baxmaq lazım gələcək. Bax budur, Azərbaycanın təhsil sistemində baş alıb gedən korrupsiya və rüşvətxorluq hallarının varlığı! Görəsən Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevin, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin bu cür əməllərindən xəbəri varmı? Axı, cənab Nazir olduqca gənc və enerjilidir. Yəni, o, bu cür çirkin addımların qarşısını almağa, lazım gəldikdə “cızından çıxan” hər kəsə, o cümlədən direktor Nizami Rzayevə də “dur” demək səlahiyyəti olan vəzifə sahibidir.

Bu yöndə araşdırmamızı davam etdirməyə çalışacağıq.

Oxşar xəbərlər

Gəncə təhsilində nələr baş verir? - İDDİA
Azərbaycanda orta məktəb bağlandı
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı açıqlanıb
Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
Lerikdə təhsildən başqa hər şey var
“Bilik günü” onlayn qaydada keçiriləcək
MƏKTƏBDƏN MƏKTƏBƏ ŞAGIRD KÖÇÜRMƏSI NEÇƏYƏ BAŞA GƏLIR
Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
İranda orta məktəblərdə dərslər bərpa edilir
İsraildə sabahdan məktəblər bağlanır
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
ŞAGİRDLƏRİN DİQQƏTİNƏ! Onlayn dərslərə bu səbədən qoşula bilmirsiz
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb" - Valideyndən nazirə Açıq məktub