"Muğanbank" ASC "Azsığorta" ASC ilə bağlı məhkəməyə müraciət edib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.
 
Belə ki, "Muğanbank" sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.