İnam Kərimov Fermerlər Şurasını topladı
23-10-2019, 01:00
10 363

İnam Kərimov Fermerlər Şurasını topladı

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, toplantıda çıxış edən nazir İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.
Görüşdə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” prezident fərmanı, bu fərmandan irəli gələn vəzifələr, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydaları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara “Aqrar sığorta haqqında” qanunun işləmə mexanizmləri, bu qanunun fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.
Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı üçün nəzərdə tutulan dövlət dəstəyi tədbiri ilə bağlı fikirlərini bölüşüblər.
Fermerlər Şurasının üzvlərindən Əfras Əsgərov, Fatma Hüseynova və Əlibala Səlimov pambıq yığımının gedişi barədə məlumat veriblər. Qeyd olunub ki, dövlət dəstəyi və düzgün aqrotexniki qulluq nəticəsində bu il pambıqçılıqda yüksək məhsuldarlıq əldə olunub. Fermerlər Şurasının üzvləri - Zəfər Nəsirov, Mirağa Həsənov, Jalə Əmirbəyova, Sevil Osmanova, Əhmədov Mehman, Murad Rüstəmov, Xanım Babayeva və digərləri aqrokimya laboratoriyalarının fəaliyyəti, kooperativlərin yaradılması zərurəti, əkin zamanı sertifikatlı toxumdan istifadə, aqrar xidmətlərin elektronlaşdırılması, keyfiyyətli və məhsuldar ting növlərinin satışı, intensiv bağların genişləndirilməsi, məhsul satışının təşkili, aqrar sahədə peşəkar kadrların hazırlanması, meliorasiya məsələləri ilə bağlı təkliflər səsləndiriblər.
Toplantının sonunda Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. 
Xatırladaq ki, Şura ölkənin qabaqcıl fermerlərindən təşkil olunub. Şuranın tərkibinin 1/3 hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.

Oxşar xəbərlər

Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Bu qurumun adı dəyişdirildi
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
Novruz Məmmədov nazirləri topladı
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Şahin Mustafayev baş katiblə görüşdü
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
Nazirlik 1 milyon manatlıq dərman alır
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
ATV-nin yayımı bir saatlıq dayandırıldı
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
ATV və Lider TV-nin yayımı dayandırılacaq
Qətər Azərbaycana yeni səfir göndərib