Ermənistanda sutkalıq yoluxma sayı pik həddə çatıb.
Gundelik-baku.com xəbər verir ki, gün ərzində 2 381 nəfərə COVID-19 diaqnozu qoyulub. Daha 41 nəfər isə virusdan həyatını itirib. Beləliklə ölənlərin sayı 1 341-ə, yoluxanlar isə 89 813-ə yüksəlib.
Qeyd edək ki, hazırda Ermənistanda 33 155 aktiv virus daşıyıcısı var. Ümumilikdə tətbiq olunan test sayı isə 402 588-dir.