Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
23-10-2019, 09:00
10 442

Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri

“Elm həftəsi” çərçivəsində UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda ilk tədbiri təşkil olunub.
Unikal.org xəbər verir ki, UNEC-in rektor,u professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan iqtisadiyyatının araşdırma mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək  iqtisadi inkişafını  araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu bildirən Ədalət Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır!” tezisinin tədqiqatlarda əsas tutulacağını diqqətə çatdırıb.
UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışldığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin vacibliyindən danışan mərkəz rəhbəri iqtisadiyyatın tarixinə qısa nəzər saldı. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi, ölkə enerjisinin 40%-ni təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor, Ermənistan iqtisadiyyatının 75%-nin Rusiyanın payına düşdüyünü deyib.
Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistana xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların ÜDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münaqişəsinin Ermənistan iqtisadiyyatına təsiri ilə bağlı sualları cavablandırılıb.
Millət vəkili Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr vericəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin vaxtilə Azərbaycanda böyük iqtisadi gücə sahib olduqlarını diqqətə çatdıraraq, onların sonradan bu güc sayəsində Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçirdiklərini bildirib, “Trend” İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini açıqlayıb.
Müzakirələrdən sonra təkliflər səsləndirilib.
Rektor Ədalət Muradov UNEC Eksterndə iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubun yaradılacağını, Ermənistan iqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində Məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Əli Abbasov işdən çıxarıldı
Ermənistan dövlət borcunu kəskin artırır - TƏCİLİ İCLAS
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Ermənistan rus silahlarından imtina edir? – Tonoyandan şok açıqlama
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi