Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA
31-10-2020, 19:58
212

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb.
Yenisabah.az bildirir ki, “Azeri Defence”nin məlumatına görə, sentyabr ayının 27-dən davam edən hərbi əməliyyatlar zamanı Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinin 5 ədəd Su-25 döyüş təyyarəsi Cəbrayıl və Qubadlı rayonları istiqamətində vurulub.
Döyüş əməliyyatlarının başlandığı günlərdə isə Ermənistan ərazisində təlim uçuşu keçirən daha bir ədəd Su-25 təyyarəsi qəzaya uğrayıb.
“Azeri Defence” saytının müxtəlif qaynaqlardan əldə etdiyi məlumatlar əsasında apardığı araşdırmalara görə, Ermənistan HHQ mövcud Su-25 təyyarələrini 2003-2004-cü illərdə əldə edib. BMT Adi Silahlar Regstrindəki məlumatlara görə, həmin dövrdə Slovakiya Ermənistana 10 ədəd Su-25K döyüş təyyarəsi ixrac edib. Döyüşlərdən əvvəl bu təyyarələrdən ikisi qəzaya uğramış və Ermənistanın silahlanmasında cəmi 8 ədəd Su-25 təyyarəsi qalmışdı.
Cari ilin avqust ayında Moskvada keçirilən “Armiya-2020” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə mövcud Su-25 təyyarələrinin Su-25SM3 səviyyəsində təkmilləşdirilməsinə dair müqavilə imzalayıb.
Bundan başqa, 2019-2020-ci illərdə Ermənistan Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alıb.
Qəza və cəbhədəki itkiləri hesabladıqda, Ermənistan HHQ-nin silahlanmasında hazırda 2 ədəd Su-25K və 4 ədəd Su-30SM döyüş təyyarəsinin qaldığını demək mümkündür.

Oxşar xəbərlər

Ermənistanın iki qırıcı təyyarəsi vuruldu
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Düşmənin Su-25-ləri: - 5-i sıradan çıxıb, digərləri gecə uça bilmir
Ağdərə, Xocavənd istiqamətində döyüş gedir: Düşmən ağır itki verdi
Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...
Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının SİYAHISI
Ukraynada təyyarə qəzasında ölənlərin hamısının meyiti tapılıb
Döyüşdən qaçan erməni hərbçilərin həbsi başladı
Qazaxıstanda MiQ-31 qəzaya uğradı
Döyüş davam edir: Düşmən bu gecə də ağır itki verdi
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
Düşmən bu istiqamətlərdə itki verərək GERİ ÇƏKİLDİ
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Serbiyada qırıcı təyyarə qəzaya uğradı: 2 pilot öldü
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
Erməni ordusunun hücumunun qarşısı alındı - Düşmən ağır itki verdi
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Ermənilərin döyüş texnikaları məhv edildi və sıradan çıxarıldı - SİYAHI
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI
Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
Ermənilərin məhv edilən döyüş texnikasının siyahısı: 200 tank, 5 silah-sursat anbarı və... - VİDEO
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub - Müdafiə Nazirliyi
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirir - Müdafiə Nazirliyi
Ordumuzun Ermənistana vurduğu ziyan - SİYAHI
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı