Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
1-11-2020, 18:46
218

Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə, habelə meşə massivlərində yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN verilən məlumata görə, dünən təcavüzkar Ermənistan növbəti ekoloji terror törədib. Belə ki, Ermənistanla sərhəddə, döyüş zonasından kənarda yerləşən Tovuz rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının sıx meşəliyə keçməsinin qarşısı alınıb.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Ağdam rayonunda vətəndaşa məxsus təsərrüfat obyektində də yanğın baş verib. Yanğın FHN DYMX-nin müvafiq qüvvələri tərəfindən söndürülərək alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Xəbər verildiyi kimi, 30 oktyabrda döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş vermişdi. Mürəkkəb dağlıq relyefə malik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Oxşar xəbərlər

Ermənilər yenə Göygölü atəşə tutdu - Yanğın baş verdi
Düşmən Göygölü atəşə tutdu: Meşədə yanğın başladı - RƏSMİ
Xilasedicilər Gəncədə dağıntılar altında qalan 2 yaralını çıxardı
Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb oldu
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
Bakıda mağazadakı yanğın söndürüldü - Yenilənib, Video
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Bakıda yaşayış binasında yanğın baş verib
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Xızıda dağlıq ərazidə yanğın başlayıb - helikopterlər cəlb olunub
Azərbaycanda dağlıq ərazidə YANĞIN
Bakıda tikiş sexində yanğın olub
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Bakıda güclü yanğın başlayıb - Video
Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
Bakıda restoran yandı
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub - Müdafiə Nazirliyi
Ermənistan atəşkəs rejimini pozur: Bu rayonlar atəşə tutulur
Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Erməni ordusunun hücumunun qarşısı alındı - Düşmən ağır itki verdi
Şabranda ikimərtəbəli ev yandı
Döyüş davam edir: Düşmən bu gecə də ağır itki verdi