Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
2-11-2020, 10:02
197

Astarada narazılıq yaradan kimlərdir? - GİLEY

Bir qrup Astara rayonun Şahağacı kənd sakini ilə vədləşdiyimiz yerdə görüşdük. Kənd sakinlərinin dediklərinə görə, rayon icra hakmiyyəti başçısının qəbuluna gəliblər. DİA.AZ bildirir ki, onlardan Fətulla Qurbanov-un deməsinə görə, 22 ildir ki, 500 nəfərdən çox kənd sakini onlara məxsus pay torpaqlarını ala bilmirlər:

“1998-ci ildə bizə pay torpağı veriblər.Həmin torpaqları “Xəzər” MMC-nin sahibi Taryel Əsədov ələ keçirdib, bizə vermir. Güya biz ərizə ilə müraciət edərək torpaqlarımızı ona vermişik. Biz ərizə yazmamışıq və imza da atmamışıq.O bələdiyyə sədri olanda, torpaqları ələ keçirdib. Sonralar kənd icra nümayəndəsi olub. Sənədlərə möhür vurub...”

F. Qurbanovun deməsinə görə, dəfələrlə ona bildiriblər ki, torpaqlardan çıx, amma çıxmayıb: “Vaxtıilə həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı. Bu torpağın vergisini də biz veririk.”

Onun sözlərinə görə, kənd sakinlərinin yeganə qazanc yeri onlara verilən pay torpaqlardır: “Kənd Xəzər dənizin sahilində yerləşir.Həmişə balıqçılıqla məşğul olmuşuq. İndi dənizə buraxmırlar.Mənim həyat yoldaşım orada gedib yaşıl çay yarpağı toplayıb.Onu aladadıb. Hər dəfə çay kollarını kəsib yandırır. Onun əvəzinə yonca əkir. Az bir hissədə çay kolu qalıb. Rayonda bütün səlahiyyətli orqanlara şikayət etmişik.Bu adam əməlindən əl çəkmir...”

Kəndin digər sakini Həmzə İsmayılov da deyir ki, həmin torpaqlar onların qazanc mənbəyidir: “Mənim 30 sot torpağımı ələ keçirdib.Çay sahəsi idi.O çay sahəsi indi yoxdur.Tamamilə məhv edib.Vaxtı ilə həmin sahədən yaşıl çay yarpağı yığmışıq, pul qazanmışıq. Həmin sahədə suvarma sistemi var idi. Ailədə işləyən yoxdur.Mən və həyat yoldaşım pensiya alırıq. Ümidimiz torpağadır.”

Qarabağ ugurunda döyüşlərdə oğlunu itirən Sürrayə Zəkiyevanın dediklərinə görə isə, kasıbçılıq onları üzür: “Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir”

“Özüm 12 baş ailəym. Kasıb ailəyik. Tariel Əsədov torpağımı zəbt edib. Elə bil dərəbəylikdir.Çay bağını sürüb taxıl əkərlər? Çay sahələrini genişləndirirlər, bu adam isə çay bağlarını məhv edir.Mən sovet dövründə briqadir işləmişəm. Mən bilirəm çay nədir.Belə iş olar?

Bu qədər qanunsuzluq olar? Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir.Tədbir görülməsə kəndin qadınlarını götürüb Bakıya gedəcəyəm...”

Oxşar xəbərlər

İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Xocavənd rayonunun işğalından 28 il ötür
Astarada 2-ci mərtəbədən yıxılan qadın öldü
Kürdəmir sakini velosiped sürən yeznəsini avtomobillə vurdu
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb - Video
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə
Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
Atasına görə “Zəfəran”a 9190 manat ödədi, amma ölüsünü çıxardı... - GİLEY
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - Foto
Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib
Samuxun icra başçısı bir köşəyə çəkilərək... - İTTİHAM
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb