“Sosial məsuliyyətsizlik yoluxma sayını artırır“ - İnfeksionist
2-11-2020, 11:44
104

“Sosial məsuliyyətsizlik yoluxma sayını artırır“ - İnfeksionist

“İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi, "artıq COVID bitdi" düşüncəsində olması koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”.  
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.
O bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: “Əsgərlərlə görüşlərin olması onları risk faktoruna uğradır. Əks-hücum hərəkətində olan bir dövlətik, bunu düşünərək əsgərlərlə görüşləri məhdudlaşdırmaq və görüşlər olduğu təqdirdə qaydalara mütləq əməl etmək lazımdır”. 
N.Əliyev qeyd edib ki, payız-qış fəslində kəskin respirator və bakterial virus infeksiyaları artır: “İndiki nəticələr də onu deyir. Qış aylarında isə digər bakterial infeksiyaların işə qarışması və pik həddə çatması ilə immun sistemimizin zəifləməsi və yoluxma hallarının artması  gözlənilir”.
Həkimin sözlərinə görə, virusa yoluxmamaq üçün immun sistemini qaldıracaq dərman preparatları yoxdur. O bildirib ki, immun sistemimizi düzgün qidalanma (mövsümi, vitaminli qidalardan istifadə), yuxu və maye balansına əməl etməklə yüksək tutmaq olar.
“Hazırda virusa yoluxanlar arasında 35 yaşdan başlayaraq 60 yaşa qədər şəxslər çoxdur. Ortalama isə yoluxma 40-50 yaş arasındadır”,-deyə N.Əliyev əlavə edib.

Oxşar xəbərlər

"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
İngiltərə karantin rejimini sərtləşdirir
“Koronavirus təhlükə olaraq qalır”
Vəziyyət artıq kritikdir, SMS icazə gündəmdə...
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
"Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
Regionlarda karantin təkrar sərtləşdirilir?
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
“COVID-19-a yoluxub sağalmış insan 90 günə virus yayır” - Rusiyanın Baş həkimi
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər
Sərt katantin arzuolunmazdır, lakin yoluxma kəskin artarsa... - Deputat
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
Azərbaycanda və dünyada yoluxma niyə artır? - SƏBƏB TAPILDI
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı