Azərbaycanlı əsgər bronjiletsiz gəldi, silahı yerə qoydu və... - Erməni əsir (VİDEO)
2-11-2020, 12:57
192

Azərbaycanlı əsgər bronjiletsiz gəldi, silahı yerə qoydu və... - Erməni əsir (VİDEO)

Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib.
Erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.
10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb:
“Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda mən “qapını açma” deyə qışqırdım. O əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur.
Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi. Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".
- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?
- Buyur. 
- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.
- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?
- Yox, əlbəttə, bir az əvvəl qumbara atmışdınız. 
Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər onda yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə mənə güvən, ayağa qalx danışaq" dedi.
Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və mənə iki siqaret verdi”.


Oxşar xəbərlər

Erməni hərbi əsir Paşinyanı SÖYDÜ - VİDEO
“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
Erməni keşiş əsir düşdü
Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb
"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Gəncəyə raket atılandan qadınlar paltarla yatır...
Qeyri-adi oğurluq - Ev sahibi və polislər şoka düşdülər
Qubadlının mərkəzindəki erməni xaçı  belə yox edildi...-FOTOLAR
Daha bir erməni əsgər öldü
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
Erməni əsgərlərinin meyitləri çöllərdə qalıb – Yeni video
Dövlət başçısı Makrondan sübut tələb etdi
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
İran bu halda Ermənistana atəş açacağını açıqladı
“Çiçəklənən Ermənistan”ın lideri də “cəhənnəm”i seçdi - Qarabağa gəlir
"Qarabağ" Polşa zəfərini əsgər salamı ilə qeyd etdi - FOTO
Erməni əsgər qaçmasın deyə posta zəncirləndi - VİDEO
Ovannisyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi
Döyüşməkdən imtina edən erməni əsgər ayağından güllələndi (VİDEO)
"Atam yazıb ki, tək saxlanılır" - Kəlbəcərli girovlardan xəbər var
“Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir” - Erməni separatçılarının ilk liderlərindən biri
"Torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!" - İlham Əliyev
Ermənilər Türkiyədən İrəvana qaçır -  “Məğlub oluruq”
"Çalışdıq ki, əski parçası yerə düşməsin"- Rəşad Sadıqov
“Xan Lotu Qulini gözümün önündə güllələdil” - Hadisənin yeganə şahidi
İrəvan bizim deyil!