Bir neçə gün öncə psixoloq Gülnar Orucovanın müğənnilər haqqında səsləndirdiyi fikirlər ölkədə gündəm yaratdı. “Bu gün müğənnilərin çoxu kimlərinsə “ikinci arvadı” və yaxud “saxladığı”dır. Bəzi müğənni üçün kiminsə ikinci, üçüncü xanımı olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, onun istəklərini reallaşdırsın” – deyən psixoloqun fikirləri xeyli müzakirələrə səbəb oldu.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel) psixoloqun fikirləri ilə qətiyyən razılaşmadığını deyib:
“Bu cür insanlar hər peşədə ola bilər, istər həkim, istər müəllim, istər aparıcı, istərsə də müğənni. Hər sahənin öz pisi və yaxşısı var. Bunu ancaq müğənniyə şamil etmək düzgün deyil. Biz bəzən sosial verilişlərə baxanda sadə, məşhur olmayan insanların həyatlarında baş verənləri izləyəndə şok oluruq ki, görün nələr var. Bunun peşəyə aidiyyatı yoxdur.
İkincisi, bu hər kəsin şəxsi həyatıdır. Kimsə başqalarının şəxsi həyatına müdaxilə edə bilməz. Hərə başını aşağı salıb öz işini görsün!”
İfaçının sözlərinə görə, müğənnilər haqqında səsləndirilən bu tip fikirlər ona təsir etmir:
“Belə sözlər mənə ümumiyyətlə, təsir etmir. Çünki kiminsə arxasınca nəyisə demək, onun haqqında bilib-bilmədən danışmaq çox asandır. Əgər bir insan məni görəndə əldən-ayaqdan gedirsə, “can”, “qurban olum, başına dönüm” deyirsə və sonradan eşidəndə ki, həmin insan mənim arxamca nəsə deyib, mən onu önəmsəmirəm, çünki insanda bir üz olmalıdır, əgər kiminsə iki üzü varsa, onun dediyi sözün nə əhəmiyyəti ola bilər? Kiminsə arxasınca danışan insanın nə önəmi ola bilər?
Müğənnilər həmişə “hədəf taxtası”nda olurlar, bu təkcə müğənnilərə yox, gündəmdə olan hər kəsə aiddir. Belə insanlar daha çox müzakirə olunurlar, bu dünyanın hər yerində belədir. Çünki cəmiyyətə onların mahnılarından, işlərindən daha çox qalmaqalları, şəxsi həyatları daha maraqlıdır. Bu son illər deyil, hər zaman belə olub. Onlar haqqında deyilən dedi-qodular insanalara daha maraqlıdır.
Buna adi misal deyəcəyəm, məsələn sosial şəbəkə hesabında yaxşı, “partlayış” mahnı paylaş sonra kiminsə həyatı ilə bağlı bir şayiə. Həmin şayiə mahnıdan daha çox insanların diqqətini cəlb edəcək”.
G.Ələkbərova psixoloqların tez-tez müğənnilərə söz atmasının gündəmə gəlmək istəyindən doğduğunu iddia edib:
“Bu gün psixoloqlar da müğənnilərə söz atır. Mən sözügedən psixoloqu tanımıram, yəqin onlar da gündəmə gəlmək üçün bunu edirlər. Ola bilər ki, həmin psixoloqun normal fəaliyyəti yoxdur, düşünür ki, gəl müğənnilər haqqında nə isə deyim, onlardan biri mənə cavab verər, mən də gündəmə gələrəm, məni də tanıyarlar. Nəticədə hamımız insanıq, azərbaycanlıyıq, bu cür sözlərə gərək yoxdur.
Həm də bu cür dövrdə belə sözlər demək düzgün deyil, çünki bizə mənfur düşmənlərimiz də baxır, bir-birimizə dəyər verməliyik. Psixoloq da, müğənni də bu vətənin övladıdır, ayrım etmək olmaz. Mənim üçün fərqi yoxdur həmin insan müğənni, həkim, məmur yaxud başqa peşə sahibi olsun, əsas odur insan olsun. İnsanlar arasında heç vaxt ayrım etməmişəm, vacib olan onun insani keyfiyyətləridir”.
“Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
21
yanvar
21:08

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əlikram həmkarlarını qınadı: “Sənin dədən camaatın nəyinə lazımdır?!”
"Pişik" Günel çimərlikdə ilanla qarşılaşdı - VİDEO
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
“Manaf, sən kimsən axı?! Kənddə “Zaporojets“ sürürdün...“ - Qalmaqal
Manaf Ağayev bu xanım müğənninin banka olan borcunu ödədi - FOTO
Günel ikinci dəfə burun əməliyyatı etdirdi - Foto
“İcra başçıları müğənnilərin pulunu vermir” - Lalə Məmmədova
Rza Zərraba görə yaranan 12 illik düşmənlik sona yetdi
“Pişik” Günel TƏBİB-ə od püskürdü: “İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO
“Qızım ailə qurandan sonra evdə qulyabanı kimi tək oturmalıyam?!” - Aktrisa əsəbləşdi
Koronavirusdan sağalan müğənni: “Öz-özümü müalicə elədim“
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ - Günel Ələkbərova
Təqdimat gecəsində ŞOK - Müğənni səhnədə alt paltarını düzəltməklə qalmaqal yaratdı - FOTO
“Efirlərə çıxan psixoloqların psixologiyadan xəbərləri yoxdur” - Samirədən qalmaqallı sözlər
Yaşar Nurinin qızı: “Anama zəng edib deyirdilər ki, ərin filan yerdə...”
Azəri qızı Günel keçmiş sevgilisinə əsəbləşdi: “Pisliyi Allaha tapşırmışam“
Müğənni fotoşop qurbanı oldu - FOTO
Flora-Afət qalmaqalı məşhurların gözündə: “Böyük, böyük yerini bilməlidir”
Yenidən qapanma tətbiq edilsə: “Elə psixi durumlu insanlar ola bilər ki...”
“Müğənnilərimiz Moskvada min oyundan çıxırlar“ - Əli Mirəliyev
Efirdə 6 yaşlı qızın bakirəliyi mövzusu: “Bəziləri bu işdən ilhamlanaraq…” - Video
İllərdir xalqdan yardım toplayan MƏŞHURLAR: Onları kim müalicə etməlidir?
Türkiyəli kişi müğənni etirazını lasin geyinərək bildirdi - VİDEO
Günel də ərindən ayrıldı
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
Məşhur müğənni xəstəxanalıq oldu
Təranə Qumraldan Zaur və Vüsaləyə SƏRT SÖZLƏR: Yoldaşımla mən...
Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər
Tanınmış müğənnimiz pulsuzluqdan klinikada işə düzəldi
Məşhur müğənni infarkt keçirdi
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi