Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Günaydın Azərbaycan" səhər şousunda qəhər dolu anlar yaşanıb.

Bizim.media bildirir ki, aparıcı canlı efirdə Tünzalə Əliyevanın ölüm xəbərini eşidərək həmin dəqiqə verilişdə qonaq olan ifaçıların çıxışını yarıda dayandırıb.

T. Əliyevanın vəfatından dili-dodağı quruyan X.Hidayətqızı aktrisanın ailəsinə başsağlığı verib. 

Bunu eşidən Mətanət Əsədova isə özünü pis hiss etdiyini söyləyərək, efiri yarımçıq tərk edib.

Qeyd edək ki, Tünzalə Əliyeva bu gün saat 12:00 radələrində müalicə olunduğu Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib. Aktrisa sabah Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.