Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi
23-10-2019, 12:30
10 549

Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, oktyabrın 25-26 - da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcəkdir.
5 nömrəli marşrut:
20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə.
“N.Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi
11 nömrəli marşrut:
S.Rəhimov küçəsi (“28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə.
Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə.
Eyni zamanda tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcəkdir. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki,bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Vətəndaşlarımızdan müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaqları xahiş olunur.

Oxşar xəbərlər

Hazırda paytaxtın bu yollarında tıxac var
Bakının bəzi yollarında sıxlıq yaranıb - Foto
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Bakının bir çox yollarında sıxlıq yaranıb
Bakıda 7 ildən sonra bu yol açıldı
Bakının bu küçəsində hərəkət məhdudlaşdırıldı
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Bakıda mağzaya gedən qız itkin düşdü
Bakının mərkəzində yaradılan yeni yol qovşağı nə vaxt istifadəyə veriləcək? - Açıqlama
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Prospektdəki qəza tıxac yaratdı - FOTO
Bu arşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
73000000  manat  oğurlayan  Vidadi Zeynalov kimi dələduz necə azadlığa çıxdı ?- O,  indi də qohumu Ceyhun Cəfərovu həbsdən qurtarmaq istəyir
Bakıda qəza sıxlığa səbəb oldu - FOTO
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
“Sipark” Əli Həsənova necə verilib?
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Ali məktəblərə keçid balları açıqlandı - DİM dərc etdi
Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
Bakıda nigeriyalı tələbə qarət edildi
Bakıda iki avtobus toqquşdu: Ölən var
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur
Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib - Video
Bakının Zığ qəsəbəsində 56 ev söküləcək
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Bakıda yol qəzası sıxlığa səbəb olub
Əli Həsənovun 2 milyard manatlıq gizlin səltənəti - SİYAHI