Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olmuşdur.
Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.
Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. 44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcəkdir
Yeni Azərbaycan Partiyası olaraq bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı qardaşlarımıza şəfa diləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik!”
YAP İrandakı səfirliyimizə silahlı hücumla bağlı bəyanat yayıb
27
yanvar
14:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb
XİN İrandakı səfirliyimizə hücumla bağlı MƏLUMAT YAYDI
“İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır”
QMİ-dən BƏYANAT: “Londonda Azərbaycan bayrağına din təəssübkeşliyi bəhanəsi ilə həqarət təxribatdır”
Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”
İran səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Səfirliyimizə hücum edən şəxs iki uşağını da özü ilə GƏTİRİBMİŞ - YENİLƏNİB
İlham Əliyev Şərqi Zəngəzurla bağlı memorandumu TƏSDİQLƏDİ
Silahlı Qüvvələr haqqında qanuna dəyişiklik təsdiqlənib
"Azərbaycan İranla münasibətlərə xüsusi əhəmiyyət verir" - Prezident
İrandakı səfirliyimizin əməkdaşları təxliyə edilir
İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir
XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pislədi
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik etdi
Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
Bu şəxslərin maaşı ARTIRILDI
Ombudsmandan sərhəddəki gərginliklə bağlı AÇIQLAMA
"İrandakı səfirliyə silahlı hücum xəbəri məni sarsıtdı" - Britaniya səfiri
Azərbaycan səfiri İran XİN-ə çağırıldı
Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi
İran bu halda Ermənistana atəş açacağını açıqladı
Ombudsman sonuncu erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Hacı Şahindən Londondakı hücumla bağlı açıqlama
İran-Pakistan sərhəddində toqquşma: 4 hərbçi öldürüldü
Səfirliyimizə hücum edənlər belə həbs edildi - Video
"Münaqişə həll ediləndən sonra çoxsaylı təmaslarımız olub" - Prezident
Bu işçilərin əməkhaqqı artırıldı - SƏRƏNCAM
İran Azərbaycana NOTA VERDİ
Zakir Həsənov İran Prezidenti ilə görüşdü
Səfirliyimizə hücum edən şəxs iki uşağını da özü ilə GƏTİRİBMİŞ
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Təbrizdə narazı xalq prezidentin kortejinin qarışını kəsdi
- Musk Fransada Tesla zavodu tikmək istəyir
- "Gizli saklı"nın aktrisası yeni serialda
- Ötən gün yol qəzalarında 2 nəfər ölüb
- Azərbaycan neftinin qiyməti dəyişmədi
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib
- Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səmada zərərsizləşdirdiyi onlarla raket
- “Taliban” “Nestle”ni Əfqanıstan bazarına buraxır
- ABŞ müdafiə və hərbi xərcləri azaldacaq
- Məşhur türkiyəli aktyor yaşadığı evdən çıxarılır
- İbrahimoviçin “Milan”ı tərk edəcəyi dəqiqləşdi