Türkiyənin Milli Müdafiə Nazirliyi Qars şəhərində Azərbaycanın da qatıldığı “Qış təlimi - 2023” beynəlxalq təlimindən yeni görüntülər paylaşıb.
Nazirliyin “Twitter” hesabında bununla bağlı video yerləşdirilib.
Videoda Azərbaycan hərbçilərinin paraşütlə atıldığı görüntülər də yer alıb.