“McDonalds” və “Papa Johns”da çalışan menecerlər gün ərzində insanların şirkəti yığaraq təhqir etdiyini bildirib.
 Sosial şəbəkələrdə yayılan məlumatlarda şirkəti boykot edən vətəndaşların onları təhqir etdiyi, boş sifarişlər verdiyi qeyd olunur:
“Gün ərzində yüzlərlə şəxs əsas ofisi yığıb söyür, ağızlarına gələni deyirlər, zəng edib dəfələrlə səslərini çıxarmırlar. Operatorlar “alo-alo” deyir, sonra söyüb, dəstəyi asırlar. Kuryerlərə onlarla boş sifariş gəlir, “biz sifariş etməmişik” deyib geri qaytarırlar, ya da zənglərə cavab vermirlər”.
Qeyd edək ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.