Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.
Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minmişdir.
Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülmüşdür.
Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).
Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir.
İclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır.
Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.
Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.
Metro və marşrut avtobuslarında gediş haqqı BAHALAŞDI
31
yanvar
16:07

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Tarif Şurası dərmanların qiymətini TƏSDİQ ETDİ
Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik - BNA
Tarif Şurasından YENİ QƏRARLAR
Tarif Şurası iclas keçirdi - Bu xidmətin qiyməti artırıldı
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini TƏSDİQLƏDİ
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
Avtobuslarda gediş haqqı artırılacaq? - VİDEO
Avtobuslarda gediş haqqı artacaq? - AÇIQLAMA
Avtobuslarda gediş haqqı artırılır? - Nazirlikdən açıqlama
Metro və avtobuslarda gedişhaqqı artır? - Mühüm açıqlama
Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır - FAKT BUDUR!
Tarif Şurasından daha bir QƏRAR
Şirkətlər avtobus qiymətlərinin qaldırılmasını istəyir - Müraciət
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
SON DƏQİQƏ: Azərbaycanda benzin və dizelin qiyməti dəyişdi - RƏSMİ
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı QƏRAR
Tarif Şurasından QƏRAR
Yeni qərar bu gündən qüvvəyə mindi
Metroda gedişhaqqı artırılır? - Açıqlama
Ev telefonlarının abunə qiyməti artdı
Tarif Şurası elektrik enerjisi ilə də bağlı QƏRAR VERDİ
Tarif Şurası benzin və dizelin aksiz dərəcələri ilə bağlı QƏRAR VERDİ
İctimai nəqliyyatda yeni QİYMƏTLƏR tətbiq olunacaq - Bu şəxslərə güzəşt ediləcək
Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA
Qazın qiyməti qalxdı - RƏSMİ
Bakı metrosunda gediş haqqı məsafəyə görə müəyyən olunacaq?
Bakı metrosunda gediş haqqı artırılacaq? (AÇIQLAMA)
Tarif Şurası işığın qiymətini QALDIRDI
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü