ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü
3-11-2020, 14:00
161

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna daha 50 min manat köçürüb. 
Unikal.org xəbər verir ki, bununla da universitetin və professor-müəllim heyətinin fərdi qaydada könüllü surətdə silahlı qüvvələrə göstərdiyi yardımın ümumi həcmi 200 min manatı keçib. 
Xatırladaq ki, ADNSU tərəfindən oktyabrın 5-də Azərbaycana qarşı hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülmüşdü. Oktyabrın 9-dək ADNSU-nun əməkdaşlarının fərdi  qaydada Fonda köçürdüyü vəsaitin həcmi 33 856 manat təşkil etmişdi. Oktybarın 7-də və 25-də ADNSU tərəfindən cəbhə xəttinin ayrı-ayrı bölgələrində döyüşən əsgərlərimizə yardım olunub. 
Qeyd edək ki, ADNSU-nun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardm kampaniyası 4 istiqamətdə gerçəkləşdirilir. 
-    ADNSU-nun büdcəsindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr; 
-    ADNSU əməkdaşları tərəfindən könllü şəkildə fərdi qaydada Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr;
-    ADNSU əməkdaşlarının könüllü şəkildə topladıqları vəsait hesabına cəbhə xəttindəki əsgərlərə göstərilən birbaşa yardım; 
-    Ermənistanın təxribatlarına qarşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarında iştirak edən ADNSU-nun tələbə, məzun və əməkdaşlarının ailələrinə göstərilən birbaşa yardım. 
Bundan əlavə, ADNSU-nun əməkdaşları və Tələbə-Həmkarlar İttifaqı Komitəsinin xətti ilə cəbhədə döyüşən əsgərlərə isti paltar və digər geyimlərdən ibarət bağlamaların yola salınması kampaniyası da davam edir. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək kampaniyasını davam etdirən ADNSU eyni zamanda Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsinə qarşı da fəal mübarizə aparır. ADNSU-nun sayı 20 mindən artıq olan tələbə və müəllim heyəti universitetin facebook, instagram, telegram və digər sosial şəbəkə hesabları, eləcə də fərdi hesabları vasitəsilə Ermənistanın virtual məkandakı təxribat və dezinformasiya kampaniyasını ifşa edir. 
Bu gün digər həmvətənlərimiz kimi, ADNSU-nun 20 minlik tələbə-müəllim heyəti, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən universitetimizin onlarla məzunu və əməkdaşı kimi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən an silaha sarılaraq müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştiraka hazırdır.
Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!
#karabakhisazerbaijan
ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü






ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü

Oxşar xəbərlər

ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
Zaur Baxşəliyev bu dəfə orduya 30 min yardım etdi
“Music Gallery” Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat ianə ayırdı
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Azərbaycan Ordusu Bərdənin qisasını aldı
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Erməni ordusunun hücumunun qarşısı alındı - Düşmən ağır itki verdi
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı
Döyüş davam edir: Düşmən bu gecə də ağır itki verdi
Ağdərə, Xocavənd istiqamətində döyüş gedir: Düşmən ağır itki verdi
Oleq Krapivin Ordumuza 20 min dollar ianə etdi
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İş adamı orduya "Hummer" hədiyyə etdi (FOTOLAR)
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Düşmənin taktiki PUA-sı məhv edildi
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - Siyahı
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov