Dünən məlum oldu ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb. Onun korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir və bu barədə xüsusi əməliyyatın keçirildiyi də qeyd olunur. Xatırladaq ki, buna qədər də DİA.AZ olaraq məhz F.Nəsibovun qanunsuz əməlləri ilə bağlı məlumatları ictimailəşdirmişdik. İndi isə gərəkən qurumların gərəkən addımları atdığı aydın olur.
Qeyd edək ki, bu həbslə bağlı da DİA.AZ-a maraqlı məlumatlar ötürülüb. Xəbəri verən qaynaq ölkə başçısına müraciət edərək bəyan edir ki, görülən tədbirlər yetərli deyil və daha sərt addımların ayılması zərurəti var. ADAU müəllimləri adından Prezidentə ünvanlanan müraciətdə deyilir:
"Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup
şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək
qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi
potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara
qorxmadan imza atırlar.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən
aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq,
özbaşınlaıqlar və anarxiya baş alıb gedir.
Biz bu barədə dəfələrlə müraciət etmişik, kütləvi informasiya
vasitələrində həyəcan təbili çalmışıq. Lakin kənd təsərrüfatı nazirliyi, eləcə də
universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi. Nəticədə bu gün həmin
rüşvətxorlardan biri Baytarlıq fakültəsinin dekanı, professor Famil Nəsibov
universitetdə korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu.
Famil Nəsibov əslən göyçəlidir. Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə
dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına
yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun
yaxınıdır.
Dəfələrlə mətbuatda "Aqrar iqtisadiyyat" fakültəsinin dekanı Asəf
Hacıyevin, "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin dekanı Famil
Nəsibovun, "Maliyyə və iqtisadi nəzəriyyə" kafedrasının müdiri, professor
Məhərrəm Hüseynovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının müdiri Aydın
İsayevin, “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının sabiq
müdiri Ayaz Həsənovun, "Aqronomluq" fakültəsinin dekanı Məhərrəm
İsmayılovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının sabiq müdiri Nazim
Nadirovun, "Ekologiya" kafedrasının müdiri Musa Bayramovun cinayətləri və
korrupsiya əməlləri haqqında geniş yazılar getmişdir. Universitet rəhbərliyi
bunlarla bağlı tədbir görmədiyinə görə daxil olan şikayətlər əsasında
universitetdə korrupsiya ilə bağlı əməliyyat keçirilmişdir. Nəticədə adları
çəkilən əməkdaşlardan Famil Nəsibov bu gün saxlanılmışdır. Amma biz xahiş
edirik ki, adları yuxarıda qeyd olunan yoldaşların da fəaliyyəti yoxlanılsın, onların
da korrupsiya əməlləri ifşa olunsun. Bu şəxslər elmdən uzaq olmalarına
baxmayaraq rüşvətxorluqla geniş şəkildə məşğul olurlar.
Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor
parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor
əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor
Qurban Əliyev bu şəxsi elmdən bixəbər,alverçi və rüşvətxor kimi xarakterizə etdi.
Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi
Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim
Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim
Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır.
Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək
olar ki, idarə edilmir. Bütün özbaşınalıqların başında duran və bunlara rəvac
verən Universitetin aqrar sahədən tam xəbərsiz olan rəhbərliyidir. Bunların yəni,
rektor əvəzi Zəfər Qurbanovun, tədris işləri üzrə prorektor Əhməd Məlikovun,
elmi işlər üzrə prorektor Azad İbrahimovun başı rektorluq uğrunda savaşa
qarışıb. Klanlar arasında mübarizə gedir. Bu mübarizədə İnam Kərimov Zəfər
Qurbanovu, Mikayıl Cabbarov isə Əhməd Məlikovu dəstəkləyir. Zəfər Qurbanov
isə hər vasitə ilə Əhməd Məlikovu aşağılamağa çalışır. Belə ki, o tədris işləri
üzrə prorektor olsa da tədris işləri ilə Azad İbrahimov məşğuldur. Əhməd
Məlikova isə bir otaq veriblər. Həmin otaqda yazılı imtahanda tələbələrin bileti
ilə yazdığı sualları araşdırır ki, görək tələbə imtahanda öz sualını, yoxsa başqa
sualı yazıb.
Bu şəxslərə, eləcə də onlarn himayədarlarına çatmır ki, kimin rektor təyin
olunması haqqında fərmanı ölkə Prezidenti verir.
Cənab Prezident! Xahiş edirik, kollektivin xahişini nəzərə alaraq təcili
tədbir görəsiniz. Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
ADAU-nun həbs olunan dekanı ilə bağlı İLGİNC FAKTLAR: Qardaşları görəvdə... - Daha kimlər getməlidir?..
01
fevral
15:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
ADAU-da yenə də gizli işlər çevrilir... - İDDİA
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...
İnam Kərimovun ADAU FİASKOSU... - İLGİNC FAKTLAR
ADAU rektorunu nəhayət ki yerindən TƏRPƏDİRLƏR... - İDDİA
Rektor ADAU-da müxalifətçini dekan seçdirir- Prezident İlham Əliyevə MÜRACİƏT
“Universitetdə Təhsil Nazirliyinin məktubu qulaqardına vurulur” - NARAZILIQ!
ADAU-da dekan seçkisi bitməyib, amma qələbəsini qeyd edənlər var... - Yazılanlar gəldi başa...
İnam Kərimov ADAU-nu KİMƏ ƏMANƏT EDİB?.. - İLGİNC İDDİALAR...
ADAU-nun kafedra müdiri vəfat edib
Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu
Rektor istəyinə nail oldu: BU ÖZBAŞINALIQDIR... - Rəsmi qurumlarsa SUSUR...
ADAU rektorunun ŞÜBHƏLİ DEKAN SEÇKİSİ - MÜƏLLİMLƏRDƏN İLGİNC İDDİA
ADAU-ya hələ də Cəfərov NƏZARƏT EDİR... - Kadrları iş başındadırsa...
Zəfər Qurbanov NƏYİN PEŞİNDƏDİR... - İLGİNC İDDİALAR...
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...
ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT... - İLGİNC FAKT
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
ADAU tələbəsi öz müəllimini İFŞA ETDİ - "Nə düzgün qiymətləndirmə edir..."
BDU-nun dekanı vəfat etdi
Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq
ADAU-nun vəzifəli şəxsinin plagiatlığı - Rektorun ADI HALLANIR...
ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM
Azərbaycanda professor koronavirsdan öldü
Rektor Hesablama Palatasını da satın alıb? - İLGİNC İDDİALAR...
ADAU-da KÖHNƏ BAZAR... KÖHNƏ TAS... - NARAZILIQ VAR!
ADAU təhsil sistemində bir RÜŞVƏT ADASIDIR... - İTTİHAM VAR!
ADAU-da NƏLƏR BAŞ VERİR? - Hər şey İnam Kərimovdan başladı...
Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü