Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir.
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Belə ki, qanuna yeni - 31-1-ci maddə (Dövlət qulluqçusunun rotasiyası) əlavə edilməsi təklif olunur.
Layihəyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Həmin qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq. Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq.
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödənişlər veriləcək.
Həmçinin, dövlət qulluqçularına pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmağa icazə verilməyəcək.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir. Layihəyə əsasən, bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük veriləcək.
Dövlət qulluqçularının potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə, dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılacaq. Bunun üçün müəyyən edilən qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Dövlət qulluqçularına ödənişli fəaliyyətlə məşğul olmaq qadağan edilir
01
fevral
15:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentdən dövlət qulluqçuları ilə bağlı FƏRMAN
Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliklər EDİLDİ
Azərbaycanda ərzaq bazarını dövlət tənzimləyəcək
13 il qulluq stajı olanlar dövlət qulluqçusu kimi pensiyaya çıxa biləcək
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər TƏSDİQLƏNDİ
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edildi
Prezident FƏRMAN İMZALADI
Onların sosial müdafiəsi gücləndiriləcək
“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edildi
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Şuşa adından istifadə edilməsi qaydası müəyyənləşir
Hərbçilərin sosial sığorta sistemində YENİLİK
Azərbaycanda bu şəxslərin sosial müdafiəsi gücləndirilir
Şuşa adından istifadə ilə bağlı layihə qəbul olundu
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək - YENİLƏNİB
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Prokurorluq işçilərinin maaşları ARTIRILDI
İlham Əliyev “Gömrük tarifi haqqında” Qanunda dəyişik etdi
Bu şəxslərə dövlət qulluqçusu statusu verilir
Bu mallar üzərində nəzarət sərtləşdirilir
Bu mallar üzərində nəzarət sərtləşdirilir
Hərbçilərin sığortası ilə bağlı qanuna dəyişiklik qəbul edildi
Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyalar LƏĞV EDİLƏCƏK
Azərbaycanda bu siyasi partiyalar ləğv oluna bilər
Şərurun bu kəndi Sədərəyə verildi
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Parlamentdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə ediləcək
Ölümü düzgün qeydə almayanlar cərimələnəcək
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü