"Olacaq. Bəlkə də o vaxt olacaq ki, deyəcəksiniz niyə belə bir vaxtda? Elə olacaq ki, aradakı məsafəyə, zamana dəyəcək. Gözləməyə dəyəcək".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli deyib.
O, yeni formatda yayımlanacağı deyilən "Şourum" verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:
"Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. "Ağ-qara"nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun". 
A. gəncəli yeni layihəsindən də söz açıb:
"Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. "Axşam şou"suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq".