Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.
Dövlət başçısı 2020-ci ildə İtaliyaya dövlət səfərini, həmçinin ötən ilin sentyabrında rəsmi səfərini xatırladı, İtaliyanın Prezidenti və digər yüksək rəsmi şəxsləri ilə görüşlərini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu dedi.
İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirildi, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi qeyd olundu. Diqqətə çatdırıldı ki, ADA Universiteti ilə İtaliya universitetləri arasında imzalanmış sənədə uyğun olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulandı. Diqqətə çatdırıldı ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edildi.
İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürün bildirdi və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını dedi.
Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd etdi, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Prezident italiyalı naziri qəbul edib - YENİLƏNİB
03
fevral
14:25

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident italiyalı naziri qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - CANLI
İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
Prezident qəbul keçirdi
"Gələcək üçün addımlarımızı planlaşdıracağıq" - İlham Əliyev
"Təbii qaz ehtiyatlarımız ən azı yüz il kifayət edəcək" - Dövlət başçısı
"Biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk" - Prezident
"Enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq" - Prezident
"2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq" - Azərbaycan lideri
İlham Əliyevin çıxışı canlı yayımlanacaq
"Biz hər bir şeyi vaxtında edirik" - Dövlət başçısı
"Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq" - Prezident
Prezident Kadri Simsonu qəbul etdi - YENİLƏNİB (FOTOLAR)
"Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcuddur" - Prezident
"Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq" - İlham Əliyev
"Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - Elman Nəsirov
Ceyhun Bayramovla italiyalı həmkarı ilə telefonla danışdı
Prezident gürcüstanlı naziri qəbul etdi - YENİLƏNİB
Türkiyəli nazir Bakıya gəlir
Prezident Baronessa Emma Nikolsonu qəbul edib - YENİLƏNİB
İlham Əliyev videokonfransda çıxış etdi - FOTO
İlham Əliyev Şefik Caferoviç ilə görüşdü - YENİLƏNİB
İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev toplantıda iştirak edir
Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB
"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır" - İlham Əliyev
Prezident Ciorcia Meloniyə təbrik məktubu göndərdi
Prezident Karen Donfridi qəbul etdi - YENİLƏNİB
"Enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var" - Prezident
Maya Sandu Prezidenti təbrik etdi
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi