İranda daha 422 nəfər koronavirus səbəbilə həyatını itirib. Beləliklə, ölənlərin sayı 36 160-a çatıb.
 Ölkədə yoluxma sayı da kəskin şəkildə artma davam edir. Belə ki, gün ərzində 8 932 koronavirusa yoluxma faktı aşkarlanıb. Ümumilikdə isə bu günədək 637 712 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bildirək ki, hazırda qonşu ölkədə 106 079 aktiv virus daşıyıcısı var və onların 5 378-nin vəziyyəti ağırdır.