"Sosial sığorta haqqında" qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.
Qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri olur və bu vəsaitlər bu ildən digər ilə keçir.
"Yəni vəsaitlər faydasız qalır. Amma həmin vəsaitlər müəyyən investisiyalara yönəldilsə, oradan gələn gəlirlər də həm pensiyaların artmasına, həm də pensiya kapitalının məbləğinin çoxalmasına, eyni zamanda, müavinətlərin artmasına xərclənə bilər. Vətəndaşın sığorta haqları yığılır və ölü kapital kimi qalır ki, bunun da vətəndaşa heç bir faydası yoxdur. İndi isə həmin vəsait müxtəlif investisiya layihələrinə qoyulacaq və oradan gələn gəlir də proporsional olaraq bölünüb vətəndaşın pensiya kapitalının üzərinə gələcək ki, vətəndaş pensiyaya çıxanda pensiyanın və ya müavinətinin məbləği artacaq", - deyə M.Quliyev bildirib.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna yeni bəndin əlavə edilməsi müzakirə edilib. Yeni bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.
Xatırladaq ki, 2023-cü ildə DSMF-nin cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.
2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlmışdı. Fondun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.
Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
04
fevral
20:29

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Komitə sədri təsdiqlədi: Pensiya və müavinətlər artırılacaq
Gələn il pensiyalar bu qədər artırılacaq - LAYİHƏ TƏSDİQLƏNDİ
Bu şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq
Pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Hansı halda pensiyalar yenidən hesablana bilər? - Açıqlama
Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən AÇIQLAMA
Minimum pensiyadakı artımın kimləri əhatə edəcəyi AÇIQLANDI
"Tək pensiyaçılara deyil, digər vəfat edənlərə də dəfn pulu verilsin! - TƏKLİF
Azərbaycanda qadınların pensiya yaşı artır
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Ailə başçısını itirənlərin pensiyası artırılır
Minimum pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək
Gələn il maaş, pensiya və təqaüdlər nə qədər artacaq?
Milli Məclisin iclası başladı
Pensiya amnistiyası daha 3 il uzadılır
Ömrü boyu DSMF-ə pul ödəyəsən, amma bəhrəsini görməyəsən: - Bəs, yığılan vəsait?
Milli Məclisdə bu qanunların dəyişdirilməsi tövsiyə olunub - SİYAHI
Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər
Pensiya təyinatı zamanı sığorta stajının hesablanması qaydası dəyişir
Azərbaycanda pensiya islahatları davam etdiriləcək
Dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olundu - YENİLƏNİB
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
Zərərli və ağır işlərdə çalışan kişilərlə qadınların pensiya yaş həddi bərabərləşdirilir
Hərbçilərin sığortası ilə bağlı qanuna dəyişiklik qəbul edildi
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
İşə qəbul zamanı bu sənəd tələb edilməyəcək
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
"Vətəndaş 60 yaşında pensiyaya çıxa bilər" - Deputat
Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi