Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
21-09-2019, 14:30
1 113

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş "Bir günəş altında" adlı fotosərgi açılıb.
Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.
Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.
Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: "Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk".
Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan "Bir günəş altında" filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.
Layihənin reallaşdırılması zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.
Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.
Qeyd edək ki, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində "Bir günəş altında" adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Mərkəzin əməkdaşları adıçəkilən layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.
Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
Türkiyə televiziyası Heydər Əliyevə həsr olunmuş süjet hazırlayıb - VİDEO
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Mehriban Əliyeva üçün özəl gün
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Prezident və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında
Heydər Əliyevin 90 illiyinə salınmış park dağıdılır, yerində obyektlər tikilir - Fotolar
"Heydər Əliyev Fondu  ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi!
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
Birinci vitse-prezident İsmayıllıya səfər edib
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Əli Həsənov daha bir media rıçaqını itirir
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
Dənizkənarı Milli Parkda suya düşən şəxsin meyiti tapılıb