91 YAŞLI QOCAMAN ZİYALI
4-11-2020, 09:34
193

91 YAŞLI QOCAMAN ZİYALI

Hər şey Vətən üçün, hər şey zəfər üçün

Sentyabrın 27-dən etibarən Azərbaycan Respublikası 30 ilə yaxındır ki, ərazilərimizin 20 faiz hissəsini sovetlər dönəmində zəbt etmiş erməni faşizminə qarşı əks-hücum əməliyyatına – VƏTƏN MÜHARİBƏSİnə qalxmışdır. Ölkəmizdə qismən səfərbərlik elan edilmişdir. Son demə, insanlar Ali Baş Komandan İlham Əliyev cənablarının bu qərarına bənd imişlər. Minlərlə vətəndaş könüllü olaraq Milli Ordu sıralarında döyüşlərdə iştirak etmək üçün hərbi səfərbərliyin baş idarəsinə müraciət etmişlər. Kiçik yaslı uşaq da, tənha qocalar da, pensiyaçılar belə bu ümumxalq mücadilədə özlərini Vətənin müsəlləh əsgəri hesab edir. Öz işləri, fəaliyyətləri ilə qələbəmizin tezliklə əldə edilməsinə çalışırlar. Rəmzi olaraq “7-dən 77-yə” ifadəsi gördüyümüz kimi, çoxdan öz sərhədlərini aşmışdır. Bu sırada Masallı rayon sakini, qocaman ziyalı, 91 yaşlı Tahir Niftullayev də vardır. Bəli, səhv eşitmədiniz. 91 yaşlı ağsaqqal bu günlərdə Milli Ordumuza – Ümumxalq Yardım Fonduna 1000 AZN (min manat) vəsait köçürmüşdür. Bu, hələ hamısı deyil, Tahir babanın oğulları da Milli Orduya Yardım Fonduna 20.000 AZN (iyirmi min manat) pul vəsaiti ödəyiblər. T.Niftullayev vətənpərvər ruhlu oğlanlar böyüdüb. Oğullarının yaşının ölkə başçısının qismən elan etdiyi səfərbərliyə çatmadığı üçün Milli Ordu sıralarına qəbul edilmədiyindən özlərinin Vətən sevgisini bu cür ifadə etməyə çalışmışlar. Tahir baba bundan sonra da bu niyyətini davam etdirmək fikrindədir. Ordumuza əlindən gələn hər bir xidməti göstərmək ondan ötrü kiçik bir təsəllidir. T.Niftullayev həyatın hər üzünü görüb. Atası İkinci Dünya Müharibəsində SSRİ qoşunları sırasında iştirak edərək həyatını qurban vermişdir. Özü arxa cəbhədə çalışıb. Keçmiş müəllim bu gün də özünü arxa cəbhənin əsgəri hesab edir. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ali Baş Komandanımızın rəhbərliyi altında tarix yazaraq geri alınacağı, erməni faşistlərini torpaqlarımızdan müzəffər qələbələrlə qovulub çıxarılacağı, ərazi bütövlüyümüzün təmin olunacağı, yurd-yuvasından qovulmuş bir milyondan artıq məcburi köçkün və qaçqınlarımızın öz doğma ocaqlarına qayıdacaqları günə çox az qalıb.

Çox qürurvericidir ki, bu gün xalq-dövlət-ordu birliyi mövcuddur və bu hal hər bir əsgərimizin döyüş əhval-ruhiyyəsini daha da yüksəldir. Yaralı əsgərlərimizə, ön cəbhədə olan igidlərimizə və onların ailələrinə bu gün də yardımlar edirlir. Doğrudur, şəhidlərimiz də var. Onlardan biri də Ağayev Şahin Azər oğludur. Əbəs yerə deyilməyib ki, «Torpaq, uğrunda ölən varsə VƏTƏNDİR!». Bəli, Vətən məhz belə oğulları ilə həmişə fəxr etmiş, bu gün də fəxr etməkdədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məzarları nurla dolsun. Amn!

Oxşar xəbərlər

"Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib" - General
50 yaşlı kişi yaxın qohumunun 18 YAŞLI QIZINI QAÇIRDI - Əvvəl də 15 yaşlı qızı...
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
10 minlərlə gənc cəbhəyə çağırılacağı günü gözləyir - bizə muzdlumu lazım?
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Bakıda 4 yaşlı uşağı it parçalayaraq öldürdü - ŞOK
Səfərbərlik zamanı qızlar da çağırılacaq – MÜHARİBƏ OLARSA…
“Hər gün məşq edirəm - müharibəyə  hazırlaşıram”- 61 yaşlı keçmiş alay komandiri...
Oqtay Əsədov iclaslara niyə gəlmir? - İntizam Komissiyası AÇIQLADI
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
"Pulemyotu güclə qaldıran gənclərdənsə, bizim kimi çətinlik çəkmiş adamları müharibəyə aparmaq lazımdır" — Jurnalistdən TƏKLİF
Abşeronda seksual manyak 5 yaşlı qıza....
Almaniyada ana beş uşağını öldürüb
“Music Gallery” Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat ianə ayırdı
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Paytaxtda dayı bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO
120 yaşlı qadın koronavirusa qalib gəldi
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
İntihar etdiyi düşünülən biznesmeni 16 yaşlı qızı öldürüb - FOTO
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Özünütəcrid rejimini pozanlarla bağlı son günlərin ən pozitiv VİDEOSU
70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldu
Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Göyçayda yaşlı kişini qoç vurub öldürdü
Ermənilərin döyüşdürdüyü muzdlular danışdı